Alfa Kapital BOKT MMC

Şirkət Haqqında

Bank Olmayan Kredit təşkilatı "EFFEKTINVEST" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti 25 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim edilmiş BKT-15 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bank olmayan kredit təşkilatı “EFFEKTİNVEST” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin ümumi yığıncağının 06.03.2026-cı il tarixli protokoluna əsasən, BOKT-un adı “ALFA KAPİTAL” Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq dəyişdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçot idarəsi tərəfindən 3-21-2-2-1/2-24849/2026 saylı 07.04.2026-cı il tarixli çıxarış təqdim edilmişdir. BOKT-un inkişaf strategiyası kiçik və orta biznesin inkişaf etmə maraqlarına xidmət etməyə yönəlib. BOKT hər bir müştəriyə fərdi yanaşma prinsipini tətbiq etməklə, müştərilər ilə qarşılıqlı fəaliyyətdə fərdi yanaşmanı inkişaf etdirərək strateji tərəfdaşlıqlarını artırır. İnkişaf etdiyi illər ərzində BOKT maliyyə göstəricilərində sabit artımı təmin etmək, müştərilər və biznes tərəfdaşları arasında sabit işgüzar nüfuz yaratmaq, maliyyə bazarında rəqabət qabiliyyətini gücləndirmək üçün iqtisadi və idarəetmə potensialından uğurla istifadə edir. "Alfa Kapital" BOKT MMC rəhbərliyi öz fəaliyyətində aşağıdakı prinsipləri rəhbər tutur: Ölkə daxilində beynəlxalq standartlara uyğun universal xidmətlər təqdim edərək müştərilərinin maliyyə ehtiyaclarını tam ödəmək. Korporativ və fərdi müştərilərin maliyyə ehtiyaclarına çevik yanaşma nümayiş etdirmək. Müştərilərin biznesinin inkişafında etibarlı tərəfdaş kimi çıxış etmək. Əhəmiyyətli sosial-iqtisadi proqramların həyata keçirilməsinə və iqtisadiyyatın real sektoruna investisiyaların istiqamətləndirilməsinə kömək etmək.

Ünvan

Bakı şəhəri, AZ1000, Azərbaycan

Əlaqə Məlumatları

Alfa Kapital BOKT MMC - İş Elanları (1 vakansiya)

Alfa Kapital BOKT MMC haqqında ətraflı məlumat və iş elanları üçün Jooble.az platformasına daxil olun.