Azərbaycan Fintex Assosiasiyası İctimayi Birliyi (Azfina)
Şirkət Haqqında
Azfina 2020-ci ilin dekabr ayında maliyyə xidmətləri sahəsində fəaliyyət göstərən altı qabaqcıl şirkət tərəfindən təsis edilmişdir. Assosiasiyanın başlıca məqsədləri - ölkədə rəqəmsal maliyyə ekosisteminin yaradılmasına və rəqəmsal iqtisadiyyata keçid üçün şəraitin yaradılmasına dəstək olmaq, fintex şirkətlərin inkişafına kömək etmək və onların maraqlarının dövlət və qeyri-dövlət qurumlarında təmsil və müdafiə etmək, fintex şirkətlər və digər bazar iştirakçıları arasında əməkdaşlığın daha effektiv olmasına töhfə verməkdir.