Birmarket
✓ Təsdiqlənmiş ŞirkətŞirkət Haqqında
Birmarket Azərbaycanda lider olan çoxkateqoriyalı üçüncü tərəf (3P) e-ticarət platformasıdır.2018-ci ildən fəaliyyət göstərən platforma milyonlarla istifadəçiyə onlayn xidmətlər təqdim edir, onların rahat və səmərəli alış-veriş etməsinə imkan yaradır.Birmarket, Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistem-in tərkib hissəsidir və onun digər iştirakçıları ilə sıx inteqrasiyada olan platforma texnoloji uyğunluğu təmin edir, yeni funksiyaların tətbiqini sürətləndirir. Bizim komandanın üzvü olmağın üstünlükləri: Peşəkar inkişaf imkanları; Karyera yolunda yüksəliş; Dinamik və peşəkar komandanın üzvü olmaq;İş-həyat balansının qorunması; Müasir standartlara cavab verən ofis mühiti. Siz də Birmarket komandasına qoşularaq bizimlə bir addımlayın!Şirkətdəki mühitBirmarket-də işləməyə dəyər!Trendləri biz müəyyən edirikBirmarket sadəcə Azərbaycanın ən böyük e-ticarət platforması deyil, həm də bazarı dəyişən innovativ layihədir. Biz milyonlarla insanın istifadə etdiyi rəqəmsal platforma, fərqli ideyaların, çevikliyin və adaptasiya qabiliyyətinin qiymətləndirildiyi dinamik mühit təmin edirik.Karyera yolunda inkişaf təklif edirikƏməkdaşlarımız şirkətimizin ən dəyərli aktividir. Birmarket-də siz tədris proqramlarına, kurslara və peşəkar inkişaf imkanlarına çıxış əldə edəcəksiniz. Biz təşəbbüskarlığı dəstəkləyirik və iddialı layihələrin reallaşdırılmasına şərait yaradırıq.Korporativ mədəniyyətimizlə ilham oluruqBirmarket-də biz şəffaflığı, yaradıcılığı və komanda işini yüksək qiymətləndiririk. Burada hər kəs öz töhfəsini və gördüyü işin əhəmiyyətini hiss edə bilər. Biz əməkdaşlıq mədəniyyətini inkişaf etdirərək birlikdə yüksək nəticələr əldə edirik.Müasir texnologiyalar və innovasiyalar tətbiq edirikBizim komandada qabaqcıl texnologiyalar və analitik alətlərdən istifadə edə biləcəksiniz. Biz ağıllı həllərdən istifadə edir və daim prosesləri təkmilləşdiririk. Burada maraqlı çağırışlar və layihələr sizi gözləyir.Rəqabətədavamlı şərtlər və rahatlıq yaradırıqBirmarket rəqabətədavamlı əməkhaqqı, rahat ofis şəraiti və imtiyazlar təklif edir. Biz əməkdaşlarımızın rifahına qayğı göstərir, məhsuldar və rahat əmək şəraiti yaradırıq.Əgər siz də Azərbaycanın lider e-ticarət platforması ilə uğurlu gələcək qurmaq istəyirsinizsə, bizə qoşulun! Yeriniz Birmarket-də görünür.
Ünvan
Ü.Həcibəyov k 57, Azinko 3-cü m.Əlaqə Məlumatları
Veb-sayt: https://umico.az
E-poçt: cv@competo.io
Birmarket - İş Elanları (4 vakansiya)
- Qaytarmalar və satıcı ödənişləri üzrə mütəxəssis - Maaş: 1000 - Yer: Bakı şəhəri Vəzifə öhdəlikləri: Daimi səmərəliliyin artırılması: proseslər, resurslar, proqram təminatı. Birmarket - tərəfindən tərəfdaş və müştərinin geri qaytarılmalar üzrə maliyyə prosesinin təşkili. Çağrı Mərkəzi, Kommersiya, Maliyyə, Logistika, Tərəfdaş dəstəyi və Hüquq şöbələri ilə səmərəli qarşılıqlı kommunikasiya Tərəfdaş tərəfindən yaranmış borcun ödənilməsi məqsədi ilə sorğurların yaradılması Gecikmədə olan ödənişlərin vaxtında ödənilməsi üçün sorğuların yaradılması Qaytarılma təsdiqindən sonra 1 gün ərzində müştəriyə ödənişin göndərilməsi üzrə tapşırıqların vaxtında yerinə yetirilməsinə nəzarət və həftəlik hesabatların hazırlanması. Müştərilərə ödənişlərin həyata keçirilməsi üçün Mühasibatlıq/Hüquq şöbəsinə təqdim olunmaq məqsədilə sərəncamların və digər faylların vaxtında hazırlanması və düzgün doldurulması. Namizədə dair tələblər: Ali təhsil; Müvafiq sahə üzrə (maliyyə-debitor-problemli kredit və s.) üzrə minimum 1 il iş təcrübəsi; Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook); Riyazi hesablama bacarığı (Muhasibatlıq kursu bitirmiş şəxslərə) üstünlük verilir. Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları; Nəzarət etdiyi sahə üzrə baş verən uyğunsuzluqlar barədə düzəldici və önləyici tədbirlərin alınması. Şifahi və yazılı ünsiyyət bacarığı; Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı; Obyektiv düşünmək bacarığı İş şəraiti: Əmək haqqı: 1000 Azn İş saatı: 2/2 (ayın 18 günü) 9.00-21.00 Maraqlanan şəxslər qeyd tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində elektron ünvanına “Qaytarmalar və satıcı ödənişləri üzrə mütəxəssis”sözü qeyd edilməklə göndərməyiniz xahiş olunur. - Növ: full-time
- Anbar qaytarmalar üzrə keyfiyyətə nəzarət mütəxəssisi - Maaş: 1000 - Yer: Bakı şəhəri - Növ: full-time
- Diaqnostika üzrə mütəxəssis - Maaş: 1000 - Yer: Bakı şəhəri - Növ: full-time
- Onlayn dəstək bölməsinin təmsilçisi (yarımştat) - Yer: Bakı şəhəri - Növ: full-time