Business Management School MMC
Şirkət Haqqında
BMS - Business Management School Azərbaycanda biznes və idarəetmə sahəsində real təsir yaradan, nəticə yönümlü peşəkar inkişaf platformasıdır.
Bizim üçün təlim, məqsəd deyil. Təlim - biznes nəticəsinə aparan alətdir.
2015-ci ildən etibarən BMS yüzlərlə təşkilat və minlərlə mütəxəssislə çalışaraq bazarda bir mövqeni açıq şəkildə formalaşdırıb:
praktiki dəyər yaratmayan bilik, dəyər deyil.
Nə edirik?
BMS bizneslərin və mütəxəssislərin real ehtiyaclarını əsas götürərək:
idarəetmə problemlərini dərin analiz edir,
uyğun inkişaf və bacarıq modellərini sistemli şəkildə qurur,
və tətbiq oluna bilən kompetensiyalar formalaşdırır.
Təlimlərimiz sahəyə görə yox, rol və səviyyəyə görə dizayn olunur
karyerasına yeni başlayanlardan rəhbər və qərarverici səviyyəsinə qədər.
Hər proqram konkret hədəf kütlə, konkret biznes konteksti və ölçülə bilən nəticə prinsipi ilə hazırlanır.
BMS-i fərqləndirən nədir?
Uzun illərə dayanan bazar etibarı və reputasiya
Yalnız nəzəriyyə deyil, real təcrübəyə sahib peşəkar təlimçilər
Sertifikatdan əvvəl kompetensiya yanaşması
HR, rəhbərlik və biznes üçün strateji tərəfdaşlıq modeli
Missiyamız
Bizim missiyamız fərdləri və təşkilatları daha şüurlu, sistemli və effektiv idarəetmə səviyyəsinə daşımaqdır.
BMS yalnız bilik ötürən deyil, bacarıq formalaşdıran, düşüncə dəyişən və nəticə yaradan platformadır.
Vizyonumuz
BMS-in vizyonu regionda biznes idarəçiliyi üzrə etalon beyin mərkəzinə çevrilməkdir - təlim, araşdırma, konsultasiya və tədbirləri vahid ekosistemdə birləşdirən nüfuzlu platforma olmaq.
Dəyərlərimiz
Praktiklik; tətbiq olunmayan bilik bizim üçün dəyər daşımır.
Keyfiyyət; sürətdən və kəmiyyətindən öncə gəlir.
Etibar; bazarda qazandığımız reputasiya ən böyük kapitalımızdır.
Şəffaflıq; münasibətlərdə və yanaşmalarda açıq mövqeyə inanırıq.
Davamlı inkişaf; fərdlər, komandalar və bizneslər üçün.
Əlaqə Məlumatları
Veb-sayt: https://bms.edu.az/