Sumqayıt Taxıl EM MMC
Şirkət Haqqında
Sumqayıt Taxıl EM MMC bir neçə ildir ki, Azərbaycanın kənd təsərrüfatı sektorunda arpa, buğda, qarğıdalı, soya şrotu, günəbaxan yağı və günəbaxan şrotu kimi önəmli kənd təsərrüfatı məhsullarının ticarətini həyata keçirir. Şirkət, məhsullarının keyfiyyəti ilə tanınan Avropanın, Rusiyanın və Türkiyənin iri tədarükçüləri ilə geniş əməkdaşlıqlar edərək yüksək keyfiyyətli taxıl məhsullarını ölkəmizə idxal edir.
Sumqayıt Taxıl EM MMC ölkəmizdə kənd təsərrüfatı sektorunda tələbatı ödəmək üçün mühüm infrastruktura malikdir. Belə ki, şirkətin balansında Sumqayıt şəhərində strateji cəhətdən əlverişli ərazidə yerləşən ümumi sahəsi 2000 m2 a yaxın iki anbar, hər birinin tutumu 4000 ton olan müasir standartlara cavab verən 4 ədəd silo, fasiləsiz giriş çıxışı təmin edə bilən 30 vaqonluq dəmir yolu, Müasir standartlara cavab verən CAS brendinin istehsal etdiyi dəmir yolu tərəzisi, habelə avtomobil platforma tərəzisi mövcuddur.
Bundan başqa Pak Yem brendi ilə yeni istifadəyə verilən yem fabrikimiz istehsal gücü saatda 20 ton təşkil etməklə ölkəmizin quşçuluq sektorunda yem tədarükündə önəmli pay sahibi olmuşdur. Əsasən quş və heyvan yemləri istehsal edən zavod da, şirkətin sahib olduğu digər infrastrukturlar kimi beynəlxalq standartlara cavab verən material və avadanlıqlardan istifadə edilərək hazırlanıb. Əlavə olaraq, bu ərazidə müasir standartlara cavab verən un fabrikinin tikintisi də yaxın gələcəkdə planlaşdırılır.