Anbardar köməkçisi - 166 Yükdaşıma və Logistika

Location: Bakı

166 Yükdaşıma və Logistika şirkətinə “ Anbardar köməkçisi ” vakansiyası üzrə əməkdaş tələb olunur. Tələblər: Anbar sahəsində iş təcrübəsi; Microsoft Excel proqramında baza səviyyəsində işləmək bacarığı (məlumatların daxil edilməsi, sadə cədvəllərin hazırlanması, filtr və sadə formul funksiyalarından istifadə); Microsoft Word proqramında sənədlərin hazırlanması və redaktə edilməsi bacarığı; Elektron poçt sistemləri (Outlook və ya Gmail) ilə işləmək bacarığı; 1C və ya digər ERP proqramlarında işləmək təcrübəsi üstünlük hesab olunur. Vəzifə öhdəlikləri: Malların qəbulunda, boşaldılmasında və anbara yerləşdirilməsi prosesində iştirak etmək; Malların barkodlanmasını həyata keçirmək və onların anbar ünvanlarına uyğun şəkildə yerləşdirilməsini təmin etmək; Sifarişlərin yığılması və göndərişə hazırlanması prosesinə dəstək vermək; Anbar inventarizasiyası (sayım) proseslərində iştirak etmək; Anbardarın verdiyi gündəlik tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək; Anbarın səliqəli və təhlükəsiz saxlanılmasına dəstək olmaq. İş barədə məlumat: 6 günlük iş qrafiki. Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək. Ünvan: Xırdalan şəhəri Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “ Anbardar köməkçisi” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.