Yüklənir...
Location: Bakı şəhəri
166 Yükdaşıma və Logistika şirkəti “Dispetçer” vakansiyası elan edir. Vəzifə öhdəlikləri: Nəqliyyat vasitələrinin marşrutlarını və cədvəllərini planlaşdırmaq, optimallaşdırmaq və vaxtında icrasını təmin etmək; Resursları səmərəli şəkildə idarə edərək nəqliyyat vasitələrinin və xidmətlərinin effektiv istifadəsini təmin etmək; Nəqliyyat vasitələrinin hərəkətini izləmək, anomaliyaları müəyyən edib, həll etmək; Şəhər daxilindəki küçələri yaxşı tanıyaraq düzgün marşrutlar təyin etmək və nəqliyyat fəaliyyətlərini davamlı olaraq izləyib, müvafiq qeydləri aparmaq; Hesabatların hazırlanıb müvafiq şəxslərə təqdim edilməsi. Tələblər: Bəy namizədlərə üstünlük verilir; Ali təhsil; Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi; MS Excel proqramında sərbəst işləmək bacarığı; Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili biliyi üstünlükdür; Yüksək ünsiyyət bacarığı; Qərarvermə və təşkilatçılıq bacarığı; Komanda ruhu və əməkdaşlıq bacarığı. İş şəraiti: İş qrafiki: 09:00-18:00; Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq; Ünvan: Yeni Həyat Plaza.,Zərifə Əliyeva 55 Uyğun namizədlərdən CV-lərini “Dispetçer” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur. Müraciət maili cv@166.az