Yüklənir...
Location: Bakı
A Plus Supermarketlər şəbəkəsinə “Mağaza Müdiri” axtarırıq. Namizədə tələblər: Komanda ilə işləmə və heyəti idarəetmə bacarığı; Yüksək işgüzar davranış və etik qaydalara əməl etmək; Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi ; Yaş aralığı: 28–45 yaş . Vəzifə öhdəlikləri: Mağazanın xərclərini, stokunu və sifarişlərini düzgün idarə etmək; Satış hədəflərinə çatmaq üçün proseslərin optimallaşdırılmasını təmin etmək; Satış komandasını motivasiya edərək müştəri məmnuniyyətini artırmaq; Rəqib mağazalar üzrə qiymət və məhsul araşdırmaları aparmaq, rəhbərliyə təkliflər vermək; Əməkdaşların təklif və şikayətlərini dinləmək, uyğun tədbirlər görmək; Müştərilərlə nəzakətli ünsiyyət və məhsul haqqında məlumatlandırmanı təmin etmək; Mağazanın, anbarın təmizliyi, vitrin səliqəsi və məhsul yoxlanışına nəzarət; Avadanlıqların (soyuducu, tərəzi və s.) işlək vəziyyətdə saxlanmasını təmin etmək; Qaytarılacaq malların vaxtında firmalara təhvil verilməsinə nəzarət; Mağaza inventarizasiyalarında iştirak və inventar məsuliyyəti; Sənədlərin düzgün toplanması, qorunması və mərkəzə vaxtında çatdırılması . İş şərtləri: Əmək haqqı: Fix əmək haqqı + bonus (Ortalama 1800–2000 AZN) Nahar : Şirkət tərəfindən təmin edilir İş vaxtı: 08:00 – 17:00 İş qrafiki: 6 günlük (1 dəfə istirahət) Maraqlanan şəxsıər öz CV formalarını Müraciət et düyməsində ünvanına göndərə bilər (məktubun mövzu bölməsində “ Mağaza Müdiri ” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır). Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq