Location: Bakı
İş barədə məlumat: İş yeri: Qaradağ ray, Səngəçal qəs, Salyan şossei 47-ci km. Əmək haqqı təcrübədən asılı olaraq 800-850 AZN Nahar və Servis şirkət tərəfindən təmin olunur. (Sumqayıt şəhəri, İnşaatçılar və İçərişəhər metrosundan servis ilə iş yerinə çatdırılma) İş rejimi – Növbəli (1-ci növbə 08:00 – 20:00; 2-ci növbə 20:00-08:00 kimi; 2 gün ev) İşin qısa təsviri: Tökmə prosesindən sonra verilmiş istehsal tapşırığına əsasən MHB bloklarının kəsilməsi üçün ölçülərin yığılması və kəsmə prosesinin aparılması; Uzununa, eninə və hündürlük kəsmə avadanlıqların işinə nəzarət olunması; Geridönüş quyuların iş rejiminə nəzarət; Kəsmə prosesindən keçmiş hazır keyklərin avtoklav seksiyasına daşıyıcı arabalar vasitəsilə nəql edilməsi; Keykin standartlara uyğun kəsilməsi üçün avadanlığa ölçülərin verilməsi, mütəmadi olaraq ölçülərin yoxlanması Hazır keyklərin kəsilməsi zamanı yaranan şlamın qayıdan şlam silosuna nasos vasitəsi ilə nəql edilməsi Vəzifəyə dair tələblər: Ali və ya orta-ixtisas təhsili (Kimya, Fizika, İstehsalat sahəsi üzrə arzu olunandır); 20 – 35 yaş aralığında bəy namizədlərə üstünlük veriləcəkdir; Microsoft Office orta səviyyədə bilməli; Dürüst, çalışqan, yüksək səviyyədə məsuliyyətli olmalı; İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti; Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində “Operator” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməlidirlər.