Location: Bakı
Əsas öhdəliklər: İşçilərin işə qəbulu, vəzifə dəyişiklikləri və işdən azad olunması ilə bağlı işlərin icra olunması; İşçilər üçün işin xüsusiyyətinə uyğun vaxtı rejimlərinin tərtib edilməsi və işçilərin işə davamiyyətinin izlənməsi; Vakansiyaların elan olunması, işçi müraciətlərinin qiymətləndirilməsi; İşə qəbul müsahibələrinin təşkil edilməsi və işə qəbul proseslərinin effektiv idarə olunması; İnsan resursları proseslərinin optimallaşdırılması üzrə təkliflərin hazırlanması; İşçi şikayətlərinin araşdırılması, münaqişələrin və potensial risklərin vaxtında və səmərəli həll olunması; İşçilərin şəxsi işlərini formalaşdırmaq, şəxsi işlərə daxil olan sənədlərin tamlığını və düzgünlüyünü yoxlamaq; İşçilərlə bağlanan əmək müqavilələrinin hazırlanması və onların qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilməsi; İşçilərin şəxsi məlumatlarının ERP sistemində (elektron və ya kağız daşıyıcıda) qeyiyyatını həyata keçirmək, məlumatların vaxtında yenilənməsini təmin etmək; İşçilərin məzuniyyətlərinin uçotunu aparmaq, məzuniyyət qrafiklərinin hazırlanmasında iştirak etmək və məzuniyyət əmrlərinin rəsmiləşdirilməsini həyata keçirmək; İşçilərin müəssisənin daxili qaydaları və prosedurları ilə tanış edilməsi; Vəzifə üzrə əsas tələblər: Müvafiq sahədə 3 il iş təcrübəsinin olması; Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə biliklərinin olması; İnsan resurslarının funksiyaları, standartları və prosedurları haqqında biliklərinin olması; Effektiv ünsiyyət və təqdimat bacarığının olması; Komanda ilə işləmək bacarığının olması; Məxfi məlumatlarla işləmək təcrübəsinin olması; İngilis dili biliyinin olması; Microsoft Office (Word, Outlook, Excel, PowerPoint) proqramlarından istifadə bacarığının olması; CV-lər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir. Email göndərilərkən mövzu hissəsinə “Jooble.az - İnsan resursları üzrə mütəxəssis” qeyd edilsin. Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq. e-mail: hr@ah-group.az