Təcrübəli İnsan Resursları üzrə Mütəxəssis (HR) - Abu-life Group

Location: Bakı

İş şəraiti İş yeri: Bakı İş qrafiki: Tam ştat Şöbə: İnsan Resursları Vəzifə öhdəlikləri: Şirkətdə insan resursları üzrə bütün proseslərin peşəkar səviyyədə təşkili və idarə olunması; Vakansiyaların hazırlanması, namizədlərin seçimi və strukturlaşdırılmış müsahibələrin aparılması; Əmək müqavilələrinin hazırlanması, dəyişikliklərin və xitamların Əmək Məcəlləsinə uyğun icrası; Şəxsi işlərin, kadr uçotunun və HR sənədlərinin tam, sistemli və məxfi şəkildə aparılması; HR üzrə daxili prosedur və qaydaların tətbiqi və icrasına nəzarət; Rəhbərliyə HR istiqamətində analitik hesabatların hazırlanması; İşçilərin adaptasiya və daxili kommunikasiya proseslərinin idarə edilməsi. Tələblər: İnsan Resursları, Hüquq, İdarəetmə və ya uyğun sahə üzrə ali təhsil ; HR sahəsində minimum 3 il peşəkar iş təcrübəsi ; Azərbaycan Respublikasının Əmək Məcəlləsini praktik səviyyədə bilmək; Kadr uçotu və sənədləşməni müstəqil şəkildə aparmaq bacarığı; Yüksək məsuliyyət, etik davranış və məxfilik prinsiplərinə riayət; Analitik düşüncə və sistemli yanaşma; MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı. Biz təklif edirik: Strukturlaşmış və inkişaf edən şirkətdə stabil iş mühiti; Rəhbərlik səviyyəsində etimad və qərarvermə proseslərində iştirak; Əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi; Təcrübə və biliklərə uyğun rəqabətli əmək haqqı ; Uzunmüddətli karyera inkişafı imkanı. Uyğun namizədlər CV-lərini (şəkilli formada) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər. Whatsapp: 0992040704