Location: Bakı
Vəzifə öhdəlikləri: Şirkətin İT məhsulları, videonəzarət və təhlükəsizlik sistemləri, şəbəkə avadanlıqları və digər məhsul kateqoriyaları üzrə kreativ və funksional vizual materialların hazırlanması; Sosial media platformaları üçün məhsul, kampaniya, endirim, yeni məhsul və xüsusi təkliflərə uyğun kreativ dizaynların hazırlanması; Məhsul kataloqları, broşürlər, flayerlər, bannerlər, posterlər, POS materialları və digər çap/digital reklam materiallarının dizayn edilməsi; Yeni məhsul və brendlərin vizual təqdimat konsepsiyalarının hazırlanması və brend kimliyinə uyğunlaşdırılması; Məhsulların texniki xüsusiyyətlərinin, üstünlüklərinin və funksional imkanlarının vizual və asan anlaşılan formatda təqdim edilməsi; Şirkətin əməkdaşlıq etdiyi brendlərin Brand Guidelines və korporativ identiklik standartlarına uyğun dizaynların hazırlanması; Məhsul fotoşəkillərinin retuşu, rəng korreksiyası, fonun təmizlənməsi, kompozisiya və ölçü baxımından optimallaşdırılması; Satış və marketinq komandalarının gündəlik məhsul, kampaniya və kommunikasiya üzrə dizayn ehtiyaclarının operativ şəkildə təmin edilməsi; Reklam və marketinq kampaniyaları üçün kreativ ideyaların və vizual konsepsiyaların hazırlanmasında iştirak; Çapa təqdim olunan materialların ölçü, rezolyusiya, rəng modeli, bleed və digər texniki tələblərə uyğun hazırlanması; Mövcud dizaynların analiz edilməsi, yenilənməsi və vizual keyfiyyətinin təkmilləşdirilməsi; Şirkətin vizual kommunikasiya üslubunun vahid və peşəkar şəkildə qorunmasına töhfə vermək; Rəhbərlik tərəfindən verilən vəzifə ilə bağlı digər tapşırıqların vaxtında, keyfiyyətli və məsuliyyətli şəkildə icra edilməsi. Tələblər: Ali və ya orta ixtisas təhsili (Qrafik dizayn, Dizayn, Marketinq və ya əlaqəli sahələr üzrə); Qrafik dizayn sahəsində iş təcrübəsi; Adobe Photoshop və Adobe Illustrator proqramlarında işləmək bacarığı; Adobe InDesign və Figma proqramlarında işləmək bacarığı üstünlükdür; Kompozisiya, rəng, tipoqrafiya və vizual dizayn prinsipləri üzrə bilik; Sosial media və rəqəmsal reklam dizaynları üzrə anlayış; İT və texnologiya məhsullarına maraq və məhsul xüsusiyyətlərini vizual formada təqdim etmək bacarığı; Kreativ düşüncəli, məsuliyyətli, diqqətli və operativ olmaq; Komandada işləmək və verilən tapşırıqları müəyyən edilmiş müddətdə icra etmək bacarığı; Portfolio təqdim edilməsi arzuolunandır. İş şəraiti: İş qrafiki: 5 gün, 09:00–18:00 Müsahibə zamanı razılaşdırılır. Peşəkar inkişaf imkanları Müasir və dinamik iş mühiti Kreativ layihələr və müxtəlif İT məhsulları üzərində işləmək imkanı Mehriban və dəstəkləyici iş mühiti CV-nizi mövzu hissəsində “Qrafik Dizayner” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim etməyiniz xahiş olunur.