Təsərrüfat işləri üzrə mütəxəssis - AgroTrade Supply

Location: Bakı

Təsvir "ATS Mill MMC"-nin Xırdalan şəhərində yerləşən istehsalat və administrative kompleksi üçün müəssisədaxili təmizlik, nizam-intizam və operativ təsərrüfat proseslərinin fasiləsizliyini təmin edəcək Təsərrüfat işləri üzrə mütəxəssis axtarışındayıq. Bu vəzifə ofis və istehsalat/anbar ərazilərində təmizlik və sanitariya standartlarına riayət olunmasına nəzarəti, təsərrüfat heyətinin (təmizlikçilər və köməkçi fəhlələr) işinin planlaşdırılması və koordinasiyasını, xırda texniki-təmir ehtiyaclarının vaxtında qarşılanmasını, eləcə də ləvazimat təminatı və inzibati təşkilati məsələlərin effektiv idarə olunmasını əhatə edir. Əsas Öhdəliklər Ofis, müəssisə ərazisi və təsərrüfat sahələrində təmizlik və səliqəyə nəzarət etmək; Təmizlikçi və təsərrüfat işçilərinin gündəlik fəaliyyətini təşkil və koordinasiya etmək; Əraziyə mütəmadi baxış keçirmək və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasını təmin etmək; Təsərrüfat ləvazimatları və təmizlik vasitələrinə olan ehtiyacı müəyyən etmək, onların təminatını və uçotunu təşkil etmək; Texniki xidmət və xırda təmir işlərini təşkil və koordinasiya etmək; Gündəlik təsərrüfat işlərinin fasiləsiz və səmərəli təşkilini təmin etmək; Zərurət yarandıqda rəhbərliyin xarici işgüzar səfərləri ilə bağlı nəqliyyat və digər təşkilati məsələləri koordinasiya etmək; Daxili qaydalara və əməyin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət etmək; Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları yerinə yetirmək. Namizədə dair Tələblər Təhsil: Bakalavr təhsili; Təcrübə: Təsərrüfat və inzibati işlər sahəsində iş təcrübəsi olması üstünlükdür; Peşəkar və Texniki Biliklər: Təsərrüfat işlərinin təşkili və işçilərin fəaliyyətinə nəzarət bacarığı; Təsərrüfat ləvazimatlarının təminatı və uçotunun aparılması bacarığı; MS Office proqramlarında işləmək bacarığı; Şəxsi Keyfiyyətlər: Təşkilatçılıq və koordinasiya bacarıqları, məsuliyyətlilik, dəqiqlik, operativlik, effektiv ünsiyyət və komanda ilə işləmək bacarığı. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər   Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.