Elektronika Mühəndisi - Arash Company

Location: Bakı

Arash Company komandasına elektronika sahəsində dərin texniki biliklərə, güclü diaqnostika və problem həll etmə bacarığına malik Elektronika Mühəndisi axtarır. Bu vəzifənin əsas məqsədi tibbi, estetik, dermatoloji və stomatoloji avadanlıqlarda istifadə olunan elektron plataların (PCB), modulların və digər elektron komponentlərin komponent səviyyəsində diaqnostikası, təmiri, bərpası və test edilməsidir . Elektronika Mühəndisi əsasən şirkətin texniki bazasında çalışaraq Servis Mühəndislərinə texniki dəstək göstərəcək. Sahədən gətirilən nasaz plata və modulların sadəcə dəyişdirilməsi deyil, nasazlığın səbəbinin müəyyən edilməsi, sıradan çıxmış komponentin tapılması, təmiri və avadanlığın yenidən işlək vəziyyətə gətirilməsi bu vəzifənin əsas funksiyalarından biridir. Əgər elektron sxemləri analiz etməyi, nasazlığın səbəbini tapmağı və mürəkkəb texniki problemləri komponent səviyyəsində həll etməyi sevirsənsə, səni komandamızda görməkdən məmnun olarıq. Əsas vəzifələr Elektron plataların (PCB), elektron modulların və komponentlərin diaqnostikası; Nasazlıqların komponent səviyyəsində müəyyən edilməsi və aradan qaldırılması; Elektron sxemlərin və circuit diagram-ların oxunması və analiz edilməsi; PCB-lərin dəyişdirilməsi əvəzinə mümkün olduğu hallarda komponent səviyyəsində təmirinin həyata keçirilməsi; SMD və Through-Hole komponentlərin lehimlənməsi və sökülməsi; Multimetr, osiloskop, laboratoriya enerji mənbəyi (power supply), siqnal generatoru və digər elektron ölçü cihazlarından istifadə; Power supply-lar, kondensatorlar, MOSFET-lər, relelər, sensorlar, motorlar, driver-lər və digər elektron komponentlərin diaqnostikası; Təmir edilmiş elektron plata, modul və komponentlərin test edilməsi və işlək vəziyyətinin təsdiqlənməsi; Nasaz və istifadə olunmuş elektron hissələrin bərpası (refurbishment); Servis Mühəndisləri üçün ehtiyat hissələrinin əvvəlcədən hazırlanması, yoxlanılması və test edilməsi; Elektrik kabellərinin, konnektorların və kabel birləşmələrinin hazırlanması və təmiri; Ehtiyat hissələrinin texniki vəziyyətinin yoxlanılması və uçotunun aparılmasına dəstək; Mikroprosessorlar, mikrokontrollerlər və embedded sistemlərlə işləmək; Arduino, STM32, PLC və oxşar platformalar üzrə texniki işlərin həyata keçirilməsi; Firmware və elektron idarəetmə sistemləri üzrə ilkin diaqnostikanın aparılması; Texniki problemlərin həlli üçün istehsalçıların servis manual-ları, elektron sxemləri və digər texniki sənədlərinin araşdırılması; Xarici istehsalçıların texniki komandaları ilə ingilis dilində yazılı və şifahi kommunikasiyanın aparılması; Ehtiyac yarandıqda Servis Mühəndisləri ilə birlikdə müştəri ünvanlarında mürəkkəb texniki problemlərin həllində iştirak. Namizədə tələblər Elektronika Mühəndisliyi, Elektrik Mühəndisliyi, Mexatronika, Biotibbi Mühəndislik, Avtomatlaşdırma və İdarəetmə, Telekommunikasiya/Radio Mühəndisliyi və ya digər uyğun texniki ixtisas üzrə ali və ya texniki təhsil; Elektronika, elektron avadanlıqların təmiri və ya əlaqəli sahədə 1-2 il iş təcrübəsi üstünlük hesab olunur; Güclü praktiki elektronika biliklərinə malik yeni məzunların müraciətləri də nəzərdən keçiriləcək; PCB və elektron avadanlıqların komponent səviyyəsində təmiri üzrə praktiki təcrübə ciddi üstünlük hesab olunur; Elektron sxemləri oxumaq və analiz etmək bacarığı; SMD və digər elektron komponentlərlə işləmək və lehimləmə bacarığı; Multimetr, osiloskop və digər elektron ölçü cihazlarından sərbəst istifadə etmək bacarığı; Mikroprosessorlar, embedded sistemlər, Arduino, STM32 və/və ya PLC üzrə bilik və praktiki təcrübə; Sistemli diaqnostika və nasazlığın kök səbəbini (root cause) müəyyən etmək bacarığı; İngilis dili – minimum B2 səviyyəsi (mütləqdir); İngilis dilində texniki manual, sxem və datasheet-ləri sərbəst oxuyub anlamaq bacarığı; Rus dilini bilmək üstünlük hesab olunur; Yüksək analitik düşüncə və detallara diqqət; Səbirli və sistemli işləmək bacarığı; Mürəkkəb texniki problemlərin həllinə maraq; Yeni texnologiyaları müstəqil öyrənmək və araşdırmaq bacarığı; Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq. İş şəraiti İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00 Şənbə: 09:00 – 15:00 İş yeri: ARASH Company, F. İbrahimbəyov küç. 19, Bakı İş rejimi: Tam ştat, əsasən texniki baza/ofisdaxili Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək Sınaq müddəti: 3 ay Sınaq müddətində sabit əməkhaqqı ödənilir; 3 aylıq sınaq müddəti uğurla başa çatdıqdan sonra sabit əməkhaqqına əlavə olaraq performansa əsaslanan bonus sistemi tətbiq olunur. Biz nə təklif edirik? Müasir və yüksək texnologiyalı tibbi avadanlıqların elektron sistemləri ilə praktiki işləmək imkanı; Beynəlxalq istehsalçıların texniki sənədlərinə və servis resurslarına çıxış; İstehsalçıların yerli və xarici texniki təlimlərində iştirak; Xaricdə keçirilən ixtisaslaşmış mühəndislik və servis təlimlərində iştirak perspektivi; Elektronika və tibbi texnologiyalar sahəsində peşəkar inkişaf; Performansa əsaslanan bonus sistemi; İş üçün zəruri professional elektronika alətləri, ölçü cihazları və avadanlıqlar; İş üçün noutbuk; Korporativ mobil nömrə; Ofisdə ödənişsiz nahar; Korporativ tədbirlər və komanda fəaliyyətləri. Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan  elektron poçt ünvanına göndərmələri xahiş olunur. Məktubun mövzu hissəsində “Elektronika Mühəndisi” qeyd etməyiniz xahiş olunur.