Aparıcı sistem inzibatçısı - Azərbaycan Respublikasının Mərkəzi Bankı

Location: Bakı

Struktur bölmənin adı İnformasiya texnologiyaları əməliyyatları departamenti / Ödəniş sistemlərinin təminatı şöbəsinin Ödəniş sistemlərinin idarəedilməsi bölməsi Vəzifənin funksiyaları: Ödəniş sistemləri, servisləri, inteqrasiyaları və avtomatlaşdırılmış iş yerlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi, yaranan xətaların araşdırılması və aradan qaldırılması. Ödəniş sistemlərinin istismar reqlamentlərinə uyğun olaraq inzibati və texniki idarəetmənin həyata keçirilməsi, gündəlik əməliyyat jurnallarının və sistem göstəricilərinin təhlilinin aparılması; Yeni versiyaların yoxlanılması və istifadəyə verilmədən əvvəl təsdiq proseslərinin həyata keçirilməsi; Ödəniş sistemləri ilə Mərkəzi Bankın digər informasiya sistemləri arasında inteqrasiya və məlumat mübadiləsinin təkmilləşdirilməsi üzrə işlərin həyata keçirilməsi;   Texniki kompetensiyalar İnsidentlərin texniki izahı Ödəniş sistemləri və əlaqəli proqram təminatları ilə biliklər və təcrübə Texniki sənədlərin hazırlanması Proseslərin avtomatlaşdırılması Logların araşdırılması Analitik təhlil etmə Vaxtın idarəedilməsi Stressə davamlılıq Təcrübə Müvafiq sahədə minimum 3 il tələb olunur. Təhsil İnformasiya Texnologiyaları, Riyaziyyat yönümlü ixtisaslar üzrə ali təhsil tələb olunur. ​​​​​​​ Dil bacarığı Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə) ​​​​​​​ Kompüter bacarıqları Biznes tətbiqlərinin administratoru kimi, xüsusilə bank və ödəniş sistemlərinin tətbiqi, idarə olunması və texniki dəstəyi sahəsində iş təcrübəsi tələb olunur Logların təhlili, problemlərin diaqnostikası və texniki nasazlıqların aradan qaldırılması bacarığı tələb olunur REST API və SOAP veb-xidmətlərinin iş prinsiplərini başa düşmək tələb olunur XML və JSON formatları ilə işləmək təcrübəsi tələb olunur SQL və Linux üzrə baza bilikləri tələb olunur Yeni həllərin inteqrasiyası və test edilməsi, həmçinin texniki sənədlərin hazırlanması üzrə təcrübə tələb olunur Maraqlanan namizədlər  Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.