Location: Bakı
Struktur bölmənin adı: Kredit təşkilatlarının fəaliyyətinə dair siyasət və tənzimlənmə departamenti Vəzifənin funksiyaları: Kredit təşkilatlarının prudensial tənzimlənməsi üzrə yerli qanunvericiliyi, bank tənzimlənməsi üzrə Bazel Standartlarını və digər qabaqcıl təcrübəni araşdırmaq, müqayisəli təhlillər aparmaq; Kredit təşkilatlarının prudensial tənzimlənməsi sahəsində normativ xarakterli aktların, o cümlədən bankların korporativ idarəetmə standartlarının, kapital, ehtiyat və likvidlik tələblərinin, habelə risklərin idarəedilməsi üzrə digər prudensial tələblərin hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək; Hazırlanan tənzimləyici dəyişikliklər üzrə bank sektoru və digər maraqlı tərəflərlə aparılan müzakirələr üçün zəruri materialların hazırlanmasına dəstək göstərmək; Kredit təşkilatlarının prudensial tənzimlənməsi sahəsində arayışların, rəylərin, təqdimatların və digər analitik materialların hazırlanmasında iştirak etmək; Kredit təşkillarından, dövlət qurumlarından və digər maraqlı tərəflərdən daxil olan müraciətlərin şöbənin fəaliyyət istiqamətləri üzrə araşdırılmasında və cavab layihələrinin hazırlanmasında iştirak etmək; Təhsil Maliyyə, iqtisadiyyat, hüquq, biznesin idarə edilməsi və ya digər əlaqəli ixtisaslar - Ali təhsil Təcrübə Maliyyə, risklərin idarə edilməsi, audit, iqtisadi təhlil və ya maliyyə sektorunun tənzimlənməsi sahəsində - Arzuolunandır Texniki biliklər Bank qanunvericiliyi, ümumi iqtisadiyyat, bank tənzimlənməsinə dair beynəlxalq standartlars Kompüter bacarığı MS Office (Word, Excell, Power Point) Dil bilikləri Azərbaycan dili - yüksək səviyyədə İngilis dili – yüksək səviyyədə Davranış kompetensiyaları Analitik təhlil etmə, araşdırma aparma, komandada işləmə, məsuliyyətlilik, stressə davamlılıq, təkmilləşməyə meyllilik, təşəbbüskarlıq, ünsiyyətqurma bacarığı. Sertifikatlar CFA, FRM və ya analoji sahədə digər peşəkar sertifikatlar - Üstünlük verilir Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.