Yüklənir...
Location: Bakı
İş yeri: Bakı şəhəri İş rejimi: Tam iş günü İşəgötürən: İstehsalat və satış şirkəti Vəzifə öhdəlikləri Biznes inkişafı üzrə menecerə gündəlik işlərin təşkilində və idarə edilməsində dəstək göstərmək; Bazar araşdırmalarının aparılmasında, yeni müştəri və biznes imkanlarının müəyyən edilməsində iştirak etmək; Müştərilər, tərəfdaşlar və potensial biznes əlaqələri ilə ünsiyyət qurmaq; Kommersiya təkliflərinin, hesabatların, təqdimatların və digər işgüzar sənədlərin hazırlanmasında iştirak etmək; Microsoft Excel vasitəsilə məlumatların işlənməsi, təhlili, cədvəllərin və hesabatların hazırlanmasını həyata keçirmək; Satış göstəricilərini, sifarişləri və digər biznes məlumatlarını izləmək və sistemləşdirmək; Görüşlərin, danışıqların və işgüzar səfərlərin təşkilinə dəstək olmaq; Rəhbərliyin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək. Namizədə tələblər Cins: kişi Ali təhsil; Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək ( xüsusilə Microsoft Excel ); Excel-də düsturlar, funksiyalar, PivotTable və məlumatların təhlili ilə işləmək bacarığı; Word və PowerPoint proqramlarında sərbəst işləmək, Outlook və digər MS Office alətlərindən istifadə etmək bacarığı; Şəxsi avtomobilin olması mütləqdir ; Sürücülük vəsiqəsinin olması və avtomobili aktiv idarə etmək bacarığı; Analitik düşüncə, məsuliyyətlilik və detallara diqqət; Güclü ünsiyyət və təşkilatçılıq bacarıqları; Operativlik, təşəbbüskarlıq və komandada işləmək bacarığı; Azərbaycan və rus dillərini bilmək, ingilis dili biliyi üstünlükdür. Şirkət təklif edir Rəqabətədavamlı əməkhaqqı; İş nəticələrinə uyğun inkişaf və karyera imkanları; Peşəkar komandada iş təcrübəsi; Vəzifə üzrə bilik və bacarıqların inkişaf etdirilməsi. Tələblərə uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Vakansiyanın adını qeyd etmək mütləqdir! Qeyd: Şəxsi avtomobilin olması və MS Excel proqramını yüksək səviyyədə bilmək əsas seçim meyarlarıdır.