Yüklənir...
Location: Bakı
Təsvir Açıq vakansiyalar üzrə namizədlərin müxtəlif işə qəbul platformaları vasitəsilə axtarışını və seçimini həyata keçirmək; Daxil olan CV-ləri təhlil etmək, uyğun namizədləri müəyyənləşdirmək və ilkin seçim prosesini aparmaq; Namizədlərlə müsahibələri təşkil etmək, müsahibələrdə iştirak etmək və qiymətləndirmə prosesini həyata keçirmək; Struktur bölmə rəhbərləri ilə əməkdaşlıq edərək vakansiyalar üzrə namizəd ehtiyaclarını müəyyənləşdirmək; Namizədlərin peşəkar bilik, bacarıq və səriştələrini müvafiq qiymətləndirmə üsulları ilə dəyərləndirmək; Seçilmiş namizədlər üzrə iş təkliflərini hazırlamaq və işə qəbuldan əvvəlki prosedurları koordinasiya etmək; İşə qəbul proseslərinə dair məlumatların sistematik qeydiyyatını aparmaq və müvafiq hesabatları hazırlamaq; İşə qəbul proseslərinin təkmilləşdirilməsi və namizəd bazasının genişləndirilməsi istiqamətində fəaliyyət göstərmək. Tələblər Ali təhsil (İnsan resursları, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisaslar üzrə); İşə qəbul sahəsində minimum 2 il iş təcrübəsi; İngilis dili – yaxşı, rus dili – səlis səviyyədə; Namizədlərin axtarışı, seçimi və müsahibələrin aparılması üzrə praktiki bilik və bacarıqlar; LinkedIn və digər işə qəbul platformalarından istifadə bacarığı; MS Office proqramlarında sərbəst işləmə bacarığı; HRM/ERP sistemləri (1C, SAP, Oracle və s.) ilə iş təcrübəsi üstünlükdür; Əmək qanunvericiliyinin işə qəbul prosesləri ilə bağlı əsas müddəaları üzrə biliklər; Güclü kommunikasiya, analitik düşünmə, təşkilatçılıq və komanda ilə işləmə bacarıqları Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Rəqabətli əmək haqqı; Təlimlər Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.