Yüklənir...
Location: Bakı
İş sahəsi: Çin istehsalı Plug-in Hibrid avtomobilləri Vəzifə öhdəlikləri: Daxiliyanma mühərriklərinin diaqnostikası və texniki vəziyyətinin qiymətləndirilməsi; Mühərriklərin sökülməsi, yığılması, təmiri və texniki xidmətinin həyata keçirilməsi; Mühərrikdə yaranan mexaniki və texniki nasazlıqların müəyyən edilməsi; Mühərrikin yağlama, soyutma, yanacaq və digər əlaqəli sistemlərinin yoxlanılması; Mühərrik komponentlərinin texniki vəziyyətinin qiymətləndirilməsi; Zəruri ehtiyat hissələrinin müəyyənləşdirilməsi; Təmir işlərinin istehsalçı texniki standartlarına uyğun həyata keçirilməsi; Plug-in Hibrid avtomobillərində daxiliyanma mühərriki ilə elektrik ötürücü sisteminin qarşılıqlı iş prinsipinin nəzərə alınması. Namizədə tələblər: Mühərrik təmiri sahəsində minimum 3 il rəsmi iş təcrübəsi; Müasir avtomobil mühərrikləri üzrə peşəkar bilik; Mühərrik diaqnostikası və təmiri üzrə praktiki təcrübə; Diaqnostika cihazlarından istifadə bacarığı; Mühərrikin əsas sistemləri üzrə geniş bilik; Texniki sənədlərlə işləmək bacarığı; Plug-in Hibrid avtomobillərinin iş prinsipi barədə bilik; Məsuliyyətli və səliqəli işləmək bacarığı; Komandada işləmək bacarığı. Üstünlük hesab olunur: BYD və digər Çin avtomobil markaları üzrə iş təcrübəsi; Plug-in Hibrid avtomobillərinin servisində iş təcrübəsi. İş şəraiti İş yeri: “BYD Motors Baku” MMC (Badamdar qəsəbəsi) İş rejimi: 6 günlük iş qrafiki İstirahət günü: Bazar günü Əmək haqqı: Müsahibənin nəticəsinə əsasən müəyyən ediləcəkdir. Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Mühərrik üzrə usta (motorist)” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. CV formasında müraciət etməyən namizədlərlə əlaqə saxlanılmayacaqdır. Yalnız CV-si uyğun hesab edilən namizədlər müsahibəyə dəvət ediləcəkdir.