Mexanika üzrə Keyfiyyətə Nəzarət Mühəndisi - Caspensol MMC

Location: Bakı

İş yeri:  Bakı şəhəri Əmək haqqı:  2500–3000 AZN Vəzifə öhdəlikləri Söküntü, tikinti-quraşdırma, gücləndirmə və təmir-bərpa layihələrində mexaniki işlərin layihə, AzDTN, standart və müqavilə tələblərinə uyğunluğuna nəzarət etmək; Mexaniki işlər üzrə sahə yoxlamalarını planlaşdırmaq, təşkil etmək və ITP əsasında keyfiyyət nəzarətini həyata keçirmək; Texniki və keyfiyyət risklərini müəyyənləşdirmək, qiymətləndirmək və Sifarişçiyə təqdim etmək; Material və avadanlıqların layihə, spesifikasiya və təsdiq edilmiş MAR sənədlərinə uyğunluğunu yoxlamaq; Podratçıların icra etdiyi işlərin keyfiyyətinə nəzarət etmək və işlərin qəbul proseslərində iştirak etmək; Uyğunsuzluqları (NCR) müəyyənləşdirmək, qeydiyyata almaq və aradan qaldırılması prosesini izləmək; Keyfiyyətsiz və ya layihədən kənar işlərlə bağlı texniki rəy və düzəldici tədbirlər üzrə tövsiyələr vermək; Layihənin təhvil-təslim və istismara verilməsi üçün keyfiyyət və texniki sənədlərin tamlığına nəzarət etmək; Həftəlik, aylıq və rəhbərlik üçün tələb olunan hesabatları hazırlamaq. Tələblər Mexanika mühəndisliyi üzrə ali təhsil; Tikinti və ya daşınmaz əmlak layihələrində minimum 5 il mexanika üzrə iş təcrübəsi; Sifarişçi və ya nəzarətçi təşkilatda keyfiyyət idarəetməsi üzrə təcrübəyə üstünlük verilir; AzDTN, Şəhərsalma və Tikinti Məcəlləsi və beynəlxalq tikinti standartları üzrə bilik; Layihə sənədləri, IFC çertyojları, ITP və MAR sənədləri ilə işləmə bacarığı; AutoCAD və MS Office, xüsusilə qabaqcıl Excel bilikləri; Güclü analitik, kommunikasiya və hesabat hazırlama bacarığı; Layihə sahələrinə mütəmadi səfər etmək imkanı; İngilis dili biliyi. Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Mexanika üzrə Keyfiyyətə Nəzarət Mühəndisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.