Əməliyyatçı mühasib - Caspian Cable Systems

Location: Bakı

Vəzifə öhdəlikləri: Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət və təhlil İnternet banking üzrə əsas əməliyyatların (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, dövlət büdcəsinə vergi) və digər ödənişlərin icrası  Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, müqavilələrin, hesab fakturaların, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının hazırlanması  Online kargüzarlığa daxil olan sorğuların araşdırılması və qanunvericilik çərçivəsində təyin olunan müddətdə cavablandırılması Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq Vergi, hesabatllarının (ƏDV, ÖMV, SV, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi Sorğu olduqda mağaza stokunun proqramdan çıxarılması Əsas tələblər: Yaş: 21-25 Təhsil: Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali və ya orta ixtisas təhsili Dil: Azərbaycan dili səlis, digər dil biliyi əlavə üstünlükdür. Microsoft Office proqramlarında işləmə bacarığı. ERP və digər mühasibat proqramlarında işləmək bacarığı Analitik düşüncə və detallara diqqət. Məsuliyyətlilik və operativlik. Komandada işləmə və effektiv ünsiyyət qurma bacarığı. Müştəri yönümlü yanaşma və problem həll etmə bacarığı. İş şərtləri:  5 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər Əmək haqqı: razılaşma əsasında. İş yeri Nərimanov rayonu, Ə.Rəcəbli 156A ünvanında yerləşir. Nahar Şirkət tərəfindən təmin olunur  Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “ Əməliyyatçı mühasib ” yazaraq göndərmələri xahiş olunur.  Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.