Mexaniki Yığım Operatoru (Müdafiə sənayesi və ya elektronika üzrə) - Company

Location: Bakı

İş şəraiti Departament -  İstehsalat və Mühəndislik departamenti / İstehsalat şöbəsi İş qrafiki -  5 günlük iş həftəsi İş yeri -  Bakı (gələcəkdə Sumqayıt nəzərdə tutulur) İş saatları -  09:00 – 18:00 (gün ərzində istirahət və nahar fasiləsi üçün 1 saat vaxt ayrılır) Əmək haqqı Vaxtamuzd əmək haqqı sistemi əsasında hesablanır. Göstərilən məbləğlər vergilər tutulduqdan sonrakı xalis əmək haqqıdır: Sınaq müddəti (3 ay): aylıq 800 AZN (net) Sınaq müddətinin müvəffəqiyyətlə yekunlaşmasından sonra aşağıdakı vəzifələr üzrə inkişaf planı təklif olunur: Dərəcə I — 1 200 AZN (net) Dərəcə II — 1 400 AZN (net) Dərəcə III — 1 600 AZN (net) Əmək müqaviləsi Əmək müqaviləsi 3 (üç) aylıq sınaq müddəti olmaqla 1 (bir) il müddətinə bağlanılır. Tərəflər arasında narazılıq olmadığı təqdirdə müqavilə eyni müddətə uzadılır. Əmək funksiyaları Texniki rəsm və sxemlər əsasında mexaniki qovşaqların və hissələrin yığılmasını həyata keçirmək; Lehimləmə işlərinin icrası; Yığım prosesində əl və pnevmatik alətlərdən, həmçinin müvafiq quraşdırma avadanlıqlarından təlimatlara uyğun istifadə etmək; Yığılan hissə və qovşaqların ölçü və uyğunluğunu ölçü alətləri (ştangensirkul, mikrometr və s.) ilə yoxlamaq; Bağlantı elementlərinin (bolt, qayka, pərçim və s.) müəyyən edilmiş moment və standartlara uyğun sıxılmasını təmin etmək; İstehsal prosesində aşkar edilən qüsur və uyğunsuzluqları vaxtında bildirmək və aradan qaldırılmasında iştirak etmək; İş yerində alət və avadanlıqların qulluğunu aparmaq, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək; Növbə ərzində yerinə yetirilən işlər üzrə müəyyən edilmiş formada hesabat və qeydiyyat aparmaq; Əmək təhlükəsizliyi, yanğın təhlükəsizliyi və sanitar-gigiyena normalarına riayət etmək; Rəhbərliyin tapşırığı əsasında istehsal prosesi ilə bağlı digər tapşırıqları yerinə yetirmək. Tələblər Texniki təhsil (elektronika, robotexnika, mexanika, maşınqayırma və ya oxşar ixtisas üzrə üstünlük təşkil edir); Mexaniki yığım və ya istehsalat sahəsində iş təcrübəsi arzuolunandır (təcrübəsi olmayan namizədlər də nəzərdən keçirilir); Texniki rəsm və sxemləri oxumaq bacarığı; Ölçü alətləri ilə işləmək bacarığı; Lehim işləri bacarığı; Diqqətlilik, məsuliyyətlilik və komanda daxilində işləmək bacarığı; Fiziki cəhətdən aktiv iş rejiminə uyğunluq. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na  və ya əlaqə nömrəsinə  g ö nd ə r ə bil ə rl ə r . Telefon: 010 239 50 16