Onlayn satış və telemarketinq şöbəsi/mütəxəssis - Express Bank

Location: Bakı

Təsvir Bankın qeyri-kredit məhsullarının (depozitlər, ödəniş kartları, hesablar və s.) onlayn və telefon vasitəsilə satışının həyata keçirilməsi; Potensial müştərilərin müəyyən edilməsi və onlara uyğun təkliflər təqdim etmək üçün müştəri bazasının təhlil edilməsi; Telefon və onlayn çat vasitəsilə müştəri sorğularının cavablandırılması və məhsul təsvirinin verilməsi; Müştəri ilə satış danışıqlarının aparılması və etirazlarının idarə edilməsi; Müəyyən edilmiş satış hədəflərinə nail olmaq üçün fərdi və komanda üzrə satış planlarının icrası; Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qorunması, keyfiyyətli xidmətin göstərilməsi və əlavə satış imkanlarının dəyərləndirilməsi. Tələblər Ali iqtisadi və ya texniki təhsil; Satış və ya müştəri xidməti sahəsində təcrübə; Bank məhsulları və müştəri münasibətlərinin idarə edilməsi üzrə biliklər; Mükəmməl ünsiyyət və danışıq bacarığı; Nəticəyönümlülük və hədəflərə nail olmaq bacarığı; Stressədavamlılıq; Azərbaycan dili səlis, rus və ingilis dili biliyi arzuolunandır. Vakansiya növü - Tam ştat İmtiyazlar Tibbi sığorta Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər; Professional və maddi inkişaf perspektivləri; Peşəkar korporativ mühitdə işləmək imkanı Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.