Yüklənir...
Location: Bakı
İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi Namizədə aid tələblər: Orta ixtisas və ya ali təhsilli olması; Monitorinq sahəsində 1 ildən az olmayaraq iş təcrübəsi; Səlis azərbaycan dili bilikləri; Komandada işləmək bacarığı; Yüksək müşahidə qabiliyyəti, analitik düşüncə və məsuliyyətlilik; Dürüstlük, etibarlılıq və nizam-intizamlı olmaq bacarığı; Rəislərin əmrlərinin vaxtında və düzgün icrası; Araşdırma aparmaq, operativ qərar vermək və reaksiya göstərmək qabiliyyəti, stresə davamlılıq bacarığı; Microsoft Office üzrə yaxşı biliklər və kamera nəzarət sistemlərindən istifadə bacarığı ; AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır. Əsas vəzifə öhdəlikləri: Kameralar vasitəsilə restoranlarda gündəlik fəaliyyətin müşahidə edilməsi və lazımi qeydlərin aparılması; Dələduzluq riskləri ilə bağlı halların izlənilməsi və nəzarət mexanizmlərinin effektivliyinin yoxlanılması; Daxili qayda pozuntuları, şübhəli halların müəyyənləşdirilməsi və onlarla bağlı detallı araşdırmaların aparılması, qeydlərin aparılması və rəislərə məruzə edilməsi; Oğurluq, əmlakdan sui-istifadə hallarının aşkarlanması, qeydlərin aparılması və rəhbərliyə vaxtında məruzə edilməsi; Restoranlarda bütün kassalarda maliyyə əməliyyatlarının düzgün aparılmasına nəzarət olunması, uyğunsuzluqların qeydə alınması və rəislərə vaxtında məruzə edilməsi ; Restoranlarda mövcud seyflərlə bağlı maliyyə təhlükəsizliyi əməliyyatlarının düzgün aparılmasına nəzarət olunması, uyğunsuzluqların vaxtında qeydə alınması və rəislərə məruzə edilməsi; Kameraların fasiləsiz işləməsinin izlənilməsi və nasazlıqlar barədə texniki komandaya məlumatın təqdim edilməsi; İşçi heyətinin daxili qaydalara əməl etməsinə nəzarət olunması və intizam pozuntularının qeydə alınması; Monitorinq fəaliyyəti ilə bağlı hesabatların təqdim edilməsi. İş şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; Növbəli iş rejimi; Müasir idarəetmə sistemi və mehriban kollektiv. Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “ Nəzarət şöbəsinin növbətçisi ” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.