Yüklənir...
Location: Bakı
İş şəraiti: İş qrafiki: 5 günlük iş həftəsi, saat 09:00–18:00; İstirahət günləri: şənbə və bazar; Əməkhaqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq, müsahibə zamanı razılaşdırılır; Nahar şirkət tərəfindən təmin edilir. Ünvan: Bakı şəhəri, Xətai Rayonu, Həzi Aslanov qəs. Camal Hacıəliyev kücəsi Əsas Vəzifələr: Şirkətə müraciət edən şəxslərin, keçirilən görüşlərin və daxil olan müraciətlərin qeydiyyatını aparmaq; Daxil olan sənədləri qəbul etmək, yoxlamaq və aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirmək; Şirkətə gələn qonaqları qarşılamaq və müvafiq şəxslərə və ya struktur bölmələrə yönləndirmək; Şirkətin rəsmi sosial media hesablarının idarə edilməsini və SMM fəaliyyətinin həyata keçirilməsini təmin etmək; Vəzifə öhdəliklərini müəyyən edilmiş müddətlərdə və müvafiq tələblərə uyğun şəkildə yerinə yetirmək; Birbaşa rəhbəri tərəfindən verilən tapşırıqları vaxtında, keyfiyyətlə və düzgün icra etmək. Namizədə tələblər: Namizəd xanım olmalıdır; Yaş həddi: 24–35; MS Office proqramları üzrə bilik və praktiki istifadə bacarığı; İşində dəqiqlik, intizam və yüksək məsuliyyətlilik; Komandada işləmək və ünsiyyət qurmaq bacarığı; Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı. CV faylını “Qeydiyyatçı (Resepşn)” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərsiniz. Əlaqə nömrəsi : +994 10 265 56 55