Yüklənir...
Location: Bakı
Namizədə olan tələblər: Ali təhsil; Avtomobil satışı sahəsində minimum 3-5 il iş təcrübəsi; Avtomobil bazarı, modellər, texniki göstəricilər və əsas avtomobil sistemləri haqqında məlumat; Satış prosesinin bütün mərhələləri üzrə bilik; CRM sistemləri ilə işləmək bacarığı; Sürücülük vəsiqəsi; Azərbaycan dili biliyi səlis, rus və ya ingilis dili biliyi əla səviyyədə; MS Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı. Vəzifə öhdəlikləri: Şirkətin avtomobil modellərinin satışını həyata keçirmək və aylıq satış planını yerinə yetirmək; Showroom-a daxil olan və onlayn kanallardan gələn müştərilərlə operativ əlaqə saxlamaq; Müştərinin ehtiyaclarını, büdcəsini və seçim kriteriyalarını müəyyən etmək; Müştəriyə uyğun avtomobil modeli, komplektasiya və maliyyələşdirmə variantlarını təqdim etmək; Avtomobilin texniki və funksional üstünlüklərini peşəkar şəkildə təqdim etmək; Test-drive prosesini təşkil etmək və avtomobilin əsas üstünlüklərini praktiki şəkildə nümayiş etdirmək; Potensial müştərilərlə mütəmadi follow-up həyata keçirmək; Köhnə və mövcud müştərilərlə əlaqələri qorumaq və əlavə satış imkanlarını müəyyən etmək; Yeni müştərilərin cəlb edilməsi üçün aktiv satış fəaliyyətləri həyata keçirmək; Korporativ və fərdi müştərilərlə satış görüşləri keçirmək; Müştərilərə kredit, lizinq, sığorta, servis və digər əlavə xidmətlər haqqında məlumat vermək; Avtomobilin təhvil verilməsi prosesində iştirak etmək və müştəriyə avtomobilin əsas funksiyalarını izah etmək; Müştəri məmnuniyyətini izləmək və yaranan problemlərin həllində iştirak etmək; Bazar, rəqib modellər və qiymət dəyişiklikləri haqqında məlumat toplamaq; Rəhbərliyə satış nəticələri və bazar tendensiyaları barədə məlumat vermək. İş şərtlərimiz: İş yeri: Üzeyir Hacıbəyli küç 157C Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “ Satış təmsilçisi/Aparıcı satış təmsilçisi ” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri və ya https://careers.ram.az/?vacancy=2601&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.