Yüklənir...
Location: Bakı
Təsvir Şirkətin biznes məqsədlərinə uyğun işə qəbul strategiyasının hazırlanması və icrası; İşə qəbul komandasının idarə olunması, inkişafı və performansının izlənilməsi; Açıq vakansiyaların prioritetləşdirilməsi və işə qəbul planının hazırlanması; Struktur rəhbərləri ilə əməkdaşlıqda hər bir vəzifə üzrə tələblərin və seçim meyarlarının müəyyənləşdirilməsi; Vakansiyaların vaxtında və keyfiyyətli bağlanmasının təmin edilməsi; Namizəd axtarışı üçün effektiv mənbə və yanaşmaların müəyyənləşdirilməsi; Müsahibə və qiymətləndirmə proseslərinin standartlaşdırılması və təkmilləşdirilməsi; Namizəd təcrübəsinin yüksək səviyyədə saxlanılması; İşə qəbul göstəricilərinin (işə qəbul müddəti, vakansiyanın bağlanma müddəti, təklifin qəbul dərəcəsi, mənbənin effektivliyi və s.) davamlı təhlili və zəif nöqtələrin müəyyənləşdirilməsi Nəticələr üzrə mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; İşə qəbul proseslərinin avtomatlaşdırılması və ATS-dən effektiv istifadənin təmin edilməsi; İşəgötürən brendinqi təşəbbüslərinin İnsan Resursları və Marketinq komandaları ilə koordinasiyası; Əmək bazarı, əmək haqqı meylləri və rəqib şirkətlərin yanaşmalarının izlənilməsi; İşə qəbul büdcəsinin planlaşdırılması və səmərəli idarə olunması; İşə qəbul proseslərinin daxili prosedurlara və qanunvericiliyə uyğunluğunun təmin edilməsi. Tələblər İnsan Resursları və ya Biznesin İdarə Edilməsi sahəsində ali təhsil üstünlükdür; İşə qəbul sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən komanda idarəçiliyi təcrübəsi; İşə qəbul proseslərinin tam olaraq idarə olunması üzrə güclü praktiki təcrübə; Rəhbər səviyyəli vakansiyaların bağlanması üzrə təcrübə; Namizəd axtarışı metodları üzrə yüksək bilik və bacarıqlar; İşə qəbul göstəriciləri və analitika ilə işləmək bacarığı; Struktur rəhbərləri və üst rəhbərliklə effektiv ünsiyyət qurmaq bacarığı; Güclü liderlik, planlaşdırma və prioritetləşdirmə bacarıqları; Eyni zamanda çoxsaylı vakansiya və layihələrin idarə olunması bacarığı; Problem həll etmə və qərarvermə bacarığı; Azərbaycan dilində sərbəst, rus və ingilis dilində yüksək səviyyədə bilik üstünlükdür; ATS və işə qəbul alətləri ilə iş təcrübəsi üstünlükdür. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.