Maliyyə direktoru - Kontakt Home

Location: Bakı

Təsvir Maliyyə departamentinə rəhbərlik: idarəetmə və mühasibat uçotu, xəzinədarlıq, vergi uçotu, maliyyə hesabatlılığı; Qrup və onun şirkətləri səviyyəsində büdcələşdirmə, maliyyə planlaşdırması və proqnozlaşdırma; Mənfəətliliyin idarə edilməsi: marjinallıq təhlili, əməliyyat xərclərinə nəzarət, qeyri-səmərəli xərclərin müəyyən edilməsi və azaldılması; Pul vəsaitlərinin hərəkətinin, dövriyyə kapitalının və banklarla münasibətlərin idarə edilməsi; ERP sisteminin maliyyə modulunun tətbiqinə və inkişafına rəhbərlik, hesabatlılığın avtomatlaşdırılması, aylıq bağlanış müddətinin qısaldılması;  Azərbaycan Respublikasının vergi qanunvericiliyinə və BMHS (IFRS) tələblərinə uyğunluğun təmin edilməsi; Yüksək rəhbərlik üçün maliyyə təhlillərinin və tövsiyələrin hazırlanması;  Maliyyə departamentinin komandasının idarə edilməsi və inkişafı. İş şəraiti:  İş günləri: I-V günlər;  İş saatı: 09:00-18:00. Tələblər  Maliyyə, iqtisadiyyat və ya mühasibat uçotu üzrə ali təhsil;  Maliyyə sahəsində ən azı 8 il təcrübə, onlardan ən azı 5 il rəhbər vəzifədə (maliyyə direktoru və ya müavini); BMHS və Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə dərin bilik; Maliyyə funksiyasında ERP sistemləri ilə praktiki iş təcrübəsi;  Komanda idarəetməsi təcrübəsi;  Beynəlxalq peşəkar sertifikatlardan birinin olması (ACCA, CIMA, CFA və ya CPA) üstünlük hesab olunur;  Pərakəndə satış, distribusiya və bank sahəsində təcrübə; Bir neçə hüquqi şəxsdən ibarət holdinq strukturunda iş təcrübəsi;  ERP tətbiqi layihələrində iştirak təcrübəsi. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.