Yüklənir...
Location: Bakı
Tələblər: Ali təhsil (maliyyə və muhasibatlıq sahəsi üzrə); Sahə üzrə ən azı 2 il iş təcrübəsi; Mühasibatlıq bilikləri; Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları); Komandada işləmək bacarığı. Vəzifə öhdəlikləri: Tədarükçülər və müştərilərlə daimi üzləşmələrin aparılması və bununla bağlı maliyyə nəzarətinin həyata keçirilməsi, müvafiq aktların bağlanılması və ümumi təhlilin aparılması; Debitor və kreditorlarla hesblaşmalardan yaranan digər fəaliyyətlərin həyata keçirilməsi; Proseslərin və xərclərin optimallaşdırılması; Avans hesablarının gündəlik izlənilməsi, xərc və gəlirlərin düzgün uçotunun aparılmasına və balansa nəzarət; Hesab-fakturalar və digər sifarişlərlə əməliyyatlar zamanı yaranan problemlərin həll edilməsi; Mühasibat uçotunda və yekun maliyyə vəziyyəti hesabatlarında əks olunan qarşılıqlı debitor və kreditor qalıqlarının təsdiqlənməsi; Açıq qalan məbləğlərin mütəmadi təhlillərinin aparılması və şirkətin daxili siyasətinə uyğun olaraq idarə edilməsi; Maliyyə hesabatlarının hazırlanması; Mühasibat yazılışlarını mütəmadi nəzərdən keçirmək, araşdırmaların aparılması. İş şəraiti: 5 günlük iş qrafiki; İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24 Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Debitor və kreditorlarla hesablaşmalar üzrə mütəxəssis” üzrə yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.