Yüklənir...
Location: Bakı
Əsas öhdəliklər: Qonaqların gülərüz və peşəkar şəkildə qarşılanması və yola salınması; Rezervasiyaların qəbul edilməsi, qeydiyyatı və düzgün idarə olunması; Qonaqların masa rezervasiyalarına uyğun yönləndirilməsi; Telefon və WhatsApp vasitəsilə daxil olan müraciətlərin operativ cavablandırılması; Restoranın xidmətləri, menyusu və mövcud kampaniyaları barədə qonaqlara məlumat verilməsi; Rezervasiya və qonaq məlumatlarının düzgün qeydiyyatının aparılması; Xüsusi qonaq istəklərinin aidiyyəti əməkdaşlara vaxtında ötürülməsi; Ofisiant, menecer və digər xidmət heyəti ilə koordinasiyalı işləmək; Müştəri məmnuniyyətinin yüksək səviyyədə təmin edilməsinə dəstək göstərmək. Kvalifikasiya tələbləri: Təhsil: Orta ixtisas və ya ali təhsil; Resepsionist, hostess və ya müştəri xidməti sahəsində iş təcrübəsinə üstünlük verilir; Restoran və hospitality sahəsində iş təcrübəsi arzuolunandır. Tələb olunan bilik və bacarıqlar: Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı; Səlis və nəzakətli nitq; Müştəriyönümlü və pozitiv yanaşma; Gülərüz və baxımlı xarici görünüş; Operativlik və təşkilatçılıq bacarığı; Stressli və intensiv iş mühitində işləmək bacarığı; Komandada işləmək bacarığı; Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət. Təklif edirik: Əmək haqqı: 600 AZN + bonus; İstirahət: Həftədə 1 gün; Nahar şirkət tərəfindən təmin olunur; Rəsmi əmək müqaviləsi; Bonus və motivasiya sistemi; Stabil və peşəkar iş mühiti; Karyera və peşəkar inkişaf imkanı. İş yeri: Bakı şəhəri, Elmlər Akademiyası ərazisi . Tələblərə cavab verən namizədlər CV-lərini və ya özləri haqqında qısa məlumatı “Resepsionist” başlığı ilə 070 751 51 80 / 050 574 41 92 nömrələrinə WhatsApp vasitəsilə göndərə bilərlər.