Yüklənir...
Location: Bakı
Rəqəmsal marketinq agentliyi Make Agency komandaya Backend proqramçı axtarır. Layihələrimiz — korporativ saytlar, e-commerce platformalar, ERP/CRM sistemləri. Vəzifə öhdəlikləri: Veb layihələrin backend hissəsinin hazırlanması və dəstəklənməsi Laravel üzərində REST API-ların qurulması və frontend komandası ilə inteqrasiyası Verilənlər bazasının layihələndirilməsi, sorğuların və indekslərin optimallaşdırılması Ödəniş sistemləri, CRM və digər xarici servislərlə inteqrasiya Mövcud layihələrin sürət və təhlükəsizlik baxımından təkmilləşdirilməsi Git workflow-da komanda ilə əməkdaşlıq: branching, kod-review, merge Tələblər: PHP (Laravel) üzrə ən azı 3 il təcrübə OOP, MVC və SOLID prinsipləri üzrə möhkəm biliklər SQL (MySQL və ya PostgreSQL) üzrə təcrübə REST API dizaynı, JSON/XML ilə işləmə bacarığı Git ilə işləmə bacarığı (branch, merge, pull request) Dəqiq, oxunaqlı və optimallaşdırılmış kod yazmaq bacarığı Əlavə üstünlük veriləcək qabiliyyətlər: Docker və CI/CD ilə iş təcrübəsi Redis, keşləmə və növbə (queue) sistemləri React və ya Vue ilə tanışlıq Yüksək yüklü layihələrdə iş təcrübəsi Biz sənə nə təklif edirik: Sabit əmək haqqı: 1 500 – 2 000 AZN (təcrübəyə və müsahibənin nəticəsinə görə) Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə Tanınmış brendlərin real layihələri — bir neçə sənaye sahəsi üzrə Dinamik və yaradıcı komanda, ideyalarını sərbəst ifadə etmək imkanı İş qrafiki: 5/7, B.e – Cümə, 10:00 – 19:00. Ofis: Bakı ş., Badamdar Qısa zamanda geniş təcrübə və zəngin portfel formalaşdırmaq imkanı Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.