Location: Bakı
Struktur bölmə: Biznesin inkişafı departamenti Çağrı Mərkəzi Vəzifə öhdəlikləri: Gələn zəngləri vaxtında və peşəkar şəkildə cavablandırmaq; Müştərilərin sorğularına cavab vermək və dəqiq məlumat təqdim etmək; Şikayətləri dinləmək, ilkin həllər təklif etmək və müvafiq şöbələrə yönləndirmək; Sığorta məhsulları və xidmətləri haqqında ətraflı və dəqiq məlumat vermək; Müştəri məmnuniyyətinin təmin olunmasına dəstək göstərmək; CRM sistemində müştəri məlumatlarını qeydiyyata almaq və yeniləmək. Namizədə olan tələblər: Təhsil: Ali və ya orta ixtisas təhsili; İş təcrübəsi: Tələb edilmir; Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı, rus və/və ya ingilis dili biliyi arzuolunandır; MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı; Dəqiq və məsuliyyətli, yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları ilə. İş şərtləri: Azərbaycan Respublikasının əmək məcəlləsinə əsasən sənədləşmə; İş vaxtı: 40 saat olmaqla 6 günlük iş həftəsi – Axşam-gecə növbəsi; İş yeri: Bakı şəhəri, Nərimanov rayonu , Əhməd Rəcəbli 19a . İmtiyazlar: Karyera və peşəkar inkişaf üçün imkanlar; Peşəkar komandada işləmək imkanı; Tibbi sığorta təminatı; Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük; "Meqa Sığorta" ASC-nin Təlim Akademiyasında peşəkar inkişaf üçün təlimlərdə iştirak imkanı. Zəhmət olmasa , mövzu bölməsində “ Operator” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.