Yüklənir...
Location: Bakı
İşin təsviri Ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi, attestasiyası və texniki vəziyyətinə nəzarət; Ölçmə vasitələrinin uçotunu aparmaq, yoxlama və kalibrləmə müddətlərini izləmək, müvafiq qrafikləri hazırlamaq və yeniləmək; Yeni alınan ölçmə vasitələrinin və digər avadanlıqların texniki qəbulunda və giriş nəzarətində iştirak etmək; Tərəzilərin planlı və plandankənar texniki xidmətlərinin təşkili prosesində iştirak etmək; Məhsullar üzrə uyğunluq sertifikatlarının alınması üçün tələb olunan sənədlərin və müraciətlərin hazırlanmasına dəstək göstərmək; Metrologiya sahəsi üzrə dövlət, sənaye və müəssisə standartlarının, eləcə də normativ-texniki sənədlərin tələblərinə əməl olunmasına dəstək göstərmək; Ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi və texniki xidməti ilə bağlı sənədləşmə işlərini aparmaq və müvafiq qeydləri yeniləmək. Tələblər Metrologiya, ölçmə və nəzarət cihazları, mexanika, elektrik-elektronika, avtomatika, maşınqayırma və ya digər uyğun texniki ixtisaslar üzrə bakalavr təhsili; 0–6 ay iş təcrübəsi; müvafiq sahədə ilkin bilik və təcrübənin olması üstünlükdür; Azərbaycan dilində sərbəst ünsiyyət, Rus və ingilis dillərini bilmək üstünlükdür; Metrologiya və ölçmə vasitələri haqqında ilkin biliklər; Ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi prinsipləri barədə ilkin anlayış; Texniki sənədlərlə işləmək və sənədləşmə aparmaq bacarığı; MS Office proqramlarından və ERP sistemlərindən istifadə bacarığı. İş şərtləri Karyera və peşəkar inkişaf üçün əla imkanlar; Rəqabətli əmək haqqı və illik bonus; Əmək haqqı razılıq əsasında təyin olunur; Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması; Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı; Nahar şirkət tərəfindən verilir; İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.