Yüklənir...
Location: Bakı
Müəssisə: Qəbələ Konserv Zavodu MMC İş yeri: Bakı şəhəri, Yasamal rayonu İşin təsviri: Satış proqnozları əsasında istehsal planlarının hazırlanması və icrasının koordinasiya edilməsi. Xammal və digər material tələbatlarının müəyyənləşdirilməsi, istehsal qrafiklərinin hazırlanması və icrasına nəzarətin həyata keçirilməsi. Zavod anbarı üzrə material ehtiyaclarının planlaşdırılması və ehtiyat səviyyələrinin optimallaşdırılması. İstehsal cədvəllərinin effektivliyinin artırılması və resurslardan optimal istifadə məqsədilə davamlı təkmilləşdirmələrin həyata keçirilməsi. Hazır məhsul və material ehtiyatları üzrə SİT analizlərinin aparılması, nəticələrin qiymətləndirilməsi və zəruri korrektiv tədbirlərin görülməsi. Məhsul resepturaları və istehsal göstəriciləri üzrə plan-fakt təhlillərinin aparılması, istehsalatda baş verən plansız dayanma hallarının səbəblərinin araşdırılması və təkmilləşdirmə tədbirlərinin hazırlanması. Tələblər: Təhsil – Ali təhsil İstehsalat sahəsində minimum 3 il iş təcrübəsi; Azərbaycan dili sərbəst, İngilis dili üstünlükdür; MS Office və ERP sistemləri üzrə işləmə bacarığı; Güclü analitik düşüncə və strateji planlama bacarığı Komanda idarəetməsi və effektiv kommunikasiya bacarığı İş şərtləri: İş qrafiki: 5 günlük iş həftəsi; İş saatları: 09:00 – 18:00; Könüllü tibbi sığorta; Təlim və inkişaf imkanları. Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “İstehsalat planlaması üzrə aparıcı mütəxəssis - QKZ” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.