Yüklənir...
Location: Bakı
İş şəraiti İş yeri: Bakı şəhəri İş qrafiki: 5 günlük iş həftəsi, tam iş günü ( 10:00 – 19:00 ) Əmək haqqı: Namizədin təcrübə və bacarıqlarına əsasən müəyyən edilir. Əsas vəzifə öhdəlikləri İşçilərin əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyə, mükafat və digər ödənişlərini düzgün hesablamaq; Əməkhaqqı fondu üzrə aylıq plan-fakt təhlilləri aparmaq və rəhbərliyə hesabat təqdim etmək; Gəlir vergisi, sosial sığorta, işsizlik sığortası və digər tutulmaların düzgün hesablanmasını təmin etmək; Dövlət orqanlarına təqdim edilən əməkhaqqı, vergi, sosial sığorta və statistika hesabatlarını hazırlamaq; e-gov, e-taxes, DSMF və digər elektron sistemlərdə məlumatların düzgün işlənməsini təmin etmək; Əmək müqavilələri, əlavələr və əməkhaqqı dəyişiklikləri üzrə məlumatları vaxtında uçota almaq; Əməkhaqqı üzrə arayış, hesablama cədvəli, ödəniş sənədi və digər sənədləri hazırlamaq; Əməkhaqqı sənədlərinin düzgün saxlanmasını və arxivləşdirilməsini təmin etmək; Daxili audit və yoxlamalar zamanı tələb olunan maliyyə və əməkhaqqı məlumatlarını təqdim etmək; Bank, vergi, sosial sığorta və digər aidiyyəti qurumlarla iş proseslərində iştirak etmək; Rəhbərliyin tapşırığına əsasən mühasibatlıqla bağlı digər xidməti işləri yerinə yetirmək. Namizədə tələblər Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil; Əməkhaqqı hesablanması sahəsində praktiki iş təcrübəsi; Azərbaycan Respublikasının əmək, vergi və sosial sığorta qanunvericiliyi üzrə biliklər; Məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyə, mükafat və tutulmaların hesablanması qaydalarını bilmək; e-gov, e-taxes, DSMF və aidiyyəti elektron sistemlərlə işləmə bacarığı; MS Excel proqramında yaxşı işləmə bacarığı; 1C və ya digər mühasibat proqramları ilə iş təcrübəsi üstünlükdür; Böyük işçi sayı olan şirkətlərdə əməkhaqqı hesablanması təcrübəsi üstünlükdür; Restoran, xidmət və ya pərakəndə satış sahəsində iş təcrübəsi üstünlükdür; Diqqətli, məsuliyyətli, analitik düşüncəli və hesabatlılığa önəm verən namizəd olmalıdır; Məlumatların məxfiliyini qorumaq və kommersiya sirrinə riayət etmək bacarığı vacibdir. Biz nə təklif edirik Stabil və inkişaf edən şirkətdə çalışma imkanı; Peşəkar maliyyə və HR komandası ilə birgə iş mühiti; Əmək qanunvericiliyinə uyğun rəsmi işə qəbul; Karyera və peşəkar inkişaf imkanı; Çoxbrendli restoran idarəetməsi sahəsində praktiki təcrübə qazanmaq imkanı. CV-nizi “Əmək haqqı üzrə mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.