Yüklənir...
Location: Bakı
Vəzifənin məqsədi Metal konstruksiyaların və detalların texniki çertyojlara, qaynaq texnologiyasına və müəyyən edilmiş keyfiyyət tələblərinə uyğun, təhlükəsiz və keyfiyyətli qaynaq edilməsini təmin etmək. Əsas vəzifə və öhdəliklər Metal konstruksiyaların, detalların və digər metal elementlərin verilmiş tapşırıqlara və texniki sənədlərə uyğun qaynaq işlərini yerinə yetirmək; Qaynaq işlərini müəyyən edilmiş texnoloji tələblərə, texniki çertyojlara və qaynaq üsuluna uyğun həyata keçirmək; Elektrodla qaynaq (MMA), yarımavtomat qaynaq (MIG/MAG) və digər müvafiq qaynaq üsullarından iş tapşırığına uyğun istifadə etmək; Qaynaqdan əvvəl metal səthləri, detalların birləşmə hissələrini və qaynaq avadanlıqlarını işə hazırlamaq; Qaynaq aparatlarından, alətlərdən və fərdi mühafizə vasitələrindən təyinatına uyğun istifadə etmək; Qaynaq tikişlərinin keyfiyyətini vizual olaraq yoxlamaq, aşkar edilmiş qüsurlar barədə birbaşa rəhbərə məlumat vermək və onların aradan qaldırılmasını təmin etmək; Qaynaq işləri zamanı texnoloji ardıcıllığa və müəyyən edilmiş keyfiyyət tələblərinə riayət etmək; Qaynaq avadanlıqlarının və iş alətlərinin saz vəziyyətdə saxlanılmasına nəzarət etmək, nasazlıqlar barədə birbaşa rəhbərə məlumat vermək; İş yerində təmizliyi, səliqəni və materiallardan səmərəli istifadəni təmin etmək; Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və SƏTƏM tələblərinə riayət etmək; Görülmüş işlər və iş prosesində yaranan problemlər barədə birbaşa rəhbərə məlumat vermək. Namizədə tələblər Orta və ya texniki peşə təhsili, müvafiq qaynaq ixtisası üzrə hazırlıq arzuolunandır; Qaynaqçı vəzifəsi üzrə iş təcrübəsi üstünlükdür; Elektrodla (MMA) və yarımavtomat (MIG/MAG) qaynaq üsulları üzrə praktiki bilik və bacarıqlar; Metal konstruksiyaların və detalların qaynağı üzrə biliklər; Texniki çertyojları və qaynaq işlərinə dair texniki sənədləri oxumaq bacarığı; Qaynaq tikişlərində yarana biləcək qüsurlar və onların qarşısının alınması barədə məlumatlı olmaq; Qaynaq avadanlıqlarından və fərdi mühafizə vasitələrindən düzgün istifadə bacarığı; Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı. İş şəraiti İş yeri: Bakı şəhəri; İş qrafiki: 6 günlük iş həftəsi; Nahar və servis xidməti ilə təminat. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər vəya CV-ni zi [email protected] ünvanına “Qaynaqçı” başlığı ilə 31.10.2026-cı il tarixinədək göndərə bilərsiniz.