Yüklənir...
Location: Bakı
İş haqqında məlumat: Müştərilərdən daxil olan telefon zənglərinə cavab vermək; Telefon və ya onlayn vasitələrlə edilmiş müraciətləri cavablandırmaq Müştərilərə, mərkəzin xidmətləri, yenilikləri, xidmət strukturları haqqında ətraflı və dolğun məlumat vermək; Müştərilərə mərkəzin xidmətləri barədə ətraflı məlumat vermək; Zənglərə əsasən mərkəzin xidmətləri satışını təşkil etmək (telemarketinq) Müştəri şikayətlərinə baxılması, müştəri məmnuniyyətini təmin etmək üçün lazımi tədbirlərin həyata keçirilməsi; Vəzifə funksiyalarından irəli gələn tapşırıqlar əsasında digər öhdəlikləri yerinə yetirmək İş şəraiti İş qrafiki: 1-5-ci günlər saat 09:00-dan 18:00-dək, şənbə günü 10:00-dan 16:00-dək. Əmək haqqı: 500 AZN + bonus Tələblər: Məlumat mərkəzinin effektiv idarə olunması, məlumatların saxlanması, təhlil edilməsi və məlumatların təhlükəsizliyinin təmin edilməsi Zəngləri müsbət enerji ilə cavablandırmaq ,telefonda yüksək ünsiyyətqurma qabiliyyət; Əla səviyyədə Azərbaycan dili bilikləri (Rus dili arzu olunandır) Özünə inam, diqqətli və səbrli olmaq, eynilikdən qaçmaq, tənqidləri qəbul etmək; Müsbətə fokuslanmaq, işini və müştəriləri sevmək; Dissiplin və subardinasiya qaydalarına riayyət etmək, məsuliyyətli olmaq Komandada işləmək bacarığı; Kompüter bilikləri: MS Office proqramları, komputerdə çevik işləmək bacarığı; Səs tonu önəmlidir (Özünə güvən), savadlı nitq və gözəl düzgün diksiya; Mükəmməl kommunikasiya qabiliyyəti, mülayim və xoşməramlı olmaq; Satışa meyli, telefonla satış etmə bacarığı; Zəng edən bütün müştərilərə xüsusi yanaşma və təmkinli davranış. Vakansiyanın tələblərinə uyğun olan namizədlər CV-lərini “Məlumat mərkəzinin mütəxəssisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq və ya [email protected] elektron ünvanına göndərərək vakansiyaya müraciət edə bilərlər.