Kopirayter / Kontent yazarı - Prior Leasing

Location: Bakı

Tələblər: Ali təhsil (Jurnalistika, Filologiya, Marketinq, PR və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür) Kopirayter və ya kontent müəllifi kimi  1–2 il iş təcrübəsi Azərbaycan dilində qrammatik, orfoqrafik və üslubi cəhətdən düzgün yazı bacarığı Əvvəlki işlərdən ibarət portfolio təqdim etmək Sosial media, reklam və kreativ mətnlərin hazırlanması bacarığı SEO mətn yazarlığının əsaslarını bilmək Kənd təsərrüfatı, texnika və B2B sahələrinə maraq və yeni bilikləri mənimsəmək Yaradıcılıq, məsuliyyət, təşəbbüskarlıq və son tarixlərə riayət etmək bacarığı Marketinq, satış və dizayn komandaları ilə işləmək bacarığı Süni intellekt alətlərindən (ChatGPT, Claude və s.) istifadə bacarığı üstünlükdür Regionlara işgüzar səfərlərə hazır olmaq. Vəzifə öhdəlikləri: Instagram, Facebook, LinkedIn və YouTube üçün post, reklam mətnləri və video ssenarilərinin hazırlanması Aylıq kontent planının hazırlanması və icrasının təmin edilməsi Texniki məhsul məlumatlarının sadə, anlaşıqlı və satışyönümlü mətnlərə çevrilməsi Sayt, məhsul kartları, kataloq, broşür və SEO-ya uyğun bloq məqalələri üçün mətnlərin yazılması Press-relizlərin, rəsmi açıqlamaların, kommersiya təkliflərinin və təqdimat mətnlərinin hazırlanması Dizayn və video komandaları ilə koordinasiyalı işləmək, tədbirlərdən və regional səfərlərdən kontent materiallarının hazırlanmasında iştirak etmək Hazırlanan mətnlərin keyfiyyətinə, dəqiqliyinə və vaxtında təhvil verilməsinə nəzarət etmək Kontentin nəticələrini izləmək və mətnlərin effektivliyini artırmaq üçün təkliflər vermək. İş şərtləri İş qrafiki: Həftədə 5 iş günü; İş yeri: Çinar Park Biznes Mərkəzi. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kopirayter/Kontent Yazarı” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri və ya   https://careers.ram.az/?vacancy=2645&source=UC_HBS8ZI linki vasitəsi ilə müraciət etmələri xahiş olunur.