Location: Bakı
QALAN — Azərbaycan, Qazaxıstan, Özbəkistan və Rusiya bazarlarında fəaliyyət göstərən beynəlxalq EdTech şirkətidir. Müasir və innovativ təhsil həlləri təqdim edən şirkət olaraq, rəqəmsal platformalarda kreativ və keyfiyyətli kontentə xüsusi önəm veririk. Hazırda komandamıza qoşulacaq kreativ, dinamik və peşəkar Videoqraf & Mobiloqraf axtarırıq. Vəzifə öhdəlikləri: Marketinq komandası ilə birlikdə kreativ ideyaların və kontent planının hazırlanmasında iştirak etmək; Sosial media üçün video konsepsiyalar və çəkiliş ssenariləri hazırlamaq; Çəkiliş prosesini planlamaq və həyata keçirmək; Kamera, işıq, mikrofon və digər çəkiliş avadanlıqlarından istifadə etmək; Çəkilmiş materialların montajını həyata keçirmək; Rəng korreksiyası, səs tənzimlənməsi, subtitr və vizual effektlər tətbiq etmək; Reels, TikTok, YouTube Shorts və digər platformalar üçün uyğun formatlarda videolar hazırlamaq; Hazır kontentin texniki və vizual keyfiyyətinə nəzarət etmək; Sosial media trendlərini izləmək və yeni kreativ ideyalar təklif etmək; Tapşırıqları müəyyən edilmiş deadline-lara uyğun şəkildə yerinə yetirmək. Tələblər: Videoqrafiya sahəsində ən azı 1 il təcrübə; Kamera və çəkiliş avadanlıqları ilə işləmə bacarığı; Adobe Premiere Pro, CapCut, DaVinci Resolve və ya digər montaj proqramlarından birində yaxşı səviyyədə bilik; Çəkiliş, montaj, işıqlandırma və kadr quruluşu üzrə praktiki bacarıqlar; Sosial media video formatlarını və trendlərini yaxşı bilmək; Kreativ düşüncə və güclü vizual zövq; Komanda ilə işləmək və effektiv kommunikasiya bacarığı; Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq; Portfolio və iş nümunələrinin olması mütləqdir. Əlavə üstünlüklər: Adobe After Effects / Motion Graphics bilikləri; Fotoçəkiliş və drone çəkilişi təcrübəsi; Reklam və sosial media layihələrində təcrübə; Storytelling və kreativ konsepsiya hazırlamaq bacarığı. İş şərtləri: İş yeri: Bakı, AF City İş qrafiki: 09:00–18:00 İş rejimi: 5/2 Əmək haqqı: Namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müəyyən ediləcək. Qeyd: CV ilə birlikdə portfolio və iş nümunələrinin təqdim edilməsi mütləqdir. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.