Yüklənir...
Location: Bakı
Namizədə olan tələblər: Ali təhsil; 1C proqramı üzrə minimum 1 il təcrübə; Azərbaycan dili səlis, ingilis və rus dili bilikləri arzuolunandır; MS Office proqramlarında işləmə bacarığı olmalı. Vəzifə öhdəlikləri: Holdinq şirkətlərinin 1C bazalarında idxal mallarının mədaxilini aparmaq; Mallara bağlı xərcləri (terminal, daşıma, gömrük rüsumları, DGK/GB mədaxili və digər) daxil etmək; 1C-yə daxil ediləcək bütün ilkin sənədləri daxiletmədən əvvəl yoxlamaq (tamlıq, rekvizitlərin düzgünlüyü, məbləğ və kəmiyyətlərin uyğunluğu) ; Uyğunsuzluq və ya çatışmayan sənəd olduqda logistika, gömrük və maliyyə əməkdaşları ilə əlaqə saxlayıb həll etmək; Tapşırıq idarəetmə sistemində açılan sənədləşmə tapşırıqlarını vaxtında icra etmək və nəticəni tapşırıqda qeyd etmək; Daxili çatlar, e-poçt və telefon vasitəsilə daxil olan sorğuları cavablandırmaq; Mühasibatlıq və rəhbərlik üçün 1C-dən hesabat və çıxarışlar hazırlamaq, aylıq bağlanışa dəstək vermək; 1C üzrə avtomatlaşdırma və proses təkmilləşdirmə işlərində iştirak etmək. İş şərtlərimiz: Əmək haqqı: 500-600 AZN; İş qrafiki: Həftə içi 5 gün; İş saatları: 08:30-17:30; Nahar təmin olunur; İş yeri: Port Baku 2. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təchizat Sənədləşmələri üzrə Assistent” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.