Yüklənir...
Location: Bakı
SGS dünyanın aparıcı inspeksiya, yoxlama, sınaq və sertifikatlaşdırma şirkətidir. Biz davamlılıq, keyfiyyət və dürüstlük sahəsində qlobal etalon kimi tanınırıq. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 2600 ofis və laboratoriyadan ibarət şəbəkəmizdə 99 600 əməkdaş çalışır. Harada olmağınızdan və hansı sənaye sahəsində fəaliyyət göstərməyinizdən asılı olmayaraq, dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən ekspertlərimiz biznesinizin daha sürətli, sadə və səmərəli şəkildə inkişaf etməsinə kömək edən ixtisaslaşmış həllər təqdim edirlər. SGS Azerbaijan MMC laboratoriya sınaqları, keyfiyyətə nəzarət və materialların fiziki xassələrinin təyini istiqamətində işləri həyata keçirəcək Laboratoriya mühəndisi tələb olunur. Əsas vəzifə öhdəlikləri Beton,Asfalt-beton və Qrunt sınaqları üzrə bilik və praktiki təcrübəyə malik olmaq; Materialların fiziki xassələri və onların müəyyən edilməsi üsulları barədə məlumatlı olmaq; Sınaqları müvafiq standartlara və texniki tələblərə uyğun həyata keçirmək; Sınaq nəticələrinin qeydiyyatını aparmaq, sınaq protokollarını və hesabatları hazırlamaq; Standartlara uyğun olaraq laboratoriya raportlarını tərtib etmək; Laboratoriya jurnallarını, sınaq sənədlərini və digər texniki sənədləri düzgün hazırlamaq və aparmaq; Sınaq avadanlıqlarından düzgün istifadə etmək, onların saz vəziyyətdə saxlanılmasını təmin etmək; Namizədə tələblər Yaş həddi: 18–60 yaş İnşaat mühəndisliyi, tikinti materialları və ya əlaqəli texniki sahə üzrə ali təhsil Tikinti materiallarının laboratoriya sınaqları üzrə minimum 3 il iş təcrübəsi Tətbiq olunan sınaq standartları və laboratoriya prosedurları üzrə bilik Laboratoriya və sahə sınaq fəaliyyətlərini dəqiq planlaşdırmaq, icra etmək və sənədləşdirmək bacarığı Yaxşı analitik bacarıqlar və sınaq nəticələrini şərh etmək qabiliyyəti Müştərilər, tənzimləyici qurumlar və daxili maraqlı tərəflərlə effektiv ünsiyyət qurmaq bacarığı Məsuliyyətlilik, dəqiqlik, keyfiyyət və təhlükəsizlik tələblərinə riayət etmə bacarığı Əmək şəraiti Əmək haqqı: müsahibə zamanı müəyyən ediləcək İş yeri: Şuşa şəhəri Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Nəzərinizə çatdırırıq ki, yalnız ilkin seçim mərhələsindən keçmiş namizədlər işə qəbul prosesinin növbəti mərhələlərinə dəvət olunacaqlar.