Ehtiyat Hissələri üzrə Baş Anbardar - Unitexnika MMC

Location: Bakı

Vəzifə öhdəlikləri Forklift, tikinti texnikaları və yükqaldırma avadanlıqları üçün ehtiyat hissələrinin qəbulunu və uçotunu aparmaq; Anbara daxil olan məhsulların sənədlərə uyğunluğunu yoxlamaq; Ehtiyat hissələrinin düzgün yerləşdirilməsini və saxlanmasını təmin etmək; Servis şöbəsindən daxil olan sifarişlərin vaxtında hazırlanmasını təşkil etmək; Satış şöbəsi ilə koordinasiyalı işləyərək ehtiyat hissələrinin operativ təqdim edilməsini təmin etmək; Stok qalıqlarına gündəlik nəzarət etmək; Minimum ehtiyat səviyyələrini izləmək və çatışmazlıqlar barədə rəhbərliyə məlumat vermək; İnventarizasiya proseslərini təşkil etmək və nəticələrini hesabatlaşdırmaq; Mikro sistemində anbar əməliyyatlarını həyata keçirmək; Ehtiyat hissələri üzrə aylıq hesabatlar hazırlamaq; Namizədə tələblər Bəy namizədlər Ehtiyat hissələri və ya texniki anbar sahəsində minimum 3 il iş təcrübəsi; Tikinti texnikaları, forkliftlər və ya sənaye avadanlıqları üzrə ehtiyat hissələri haqqında anlayış; Mikro ilə işləmək bacarığı; MS Excel proqramında sərbəst işləmək bacarığı; Komandada işləmək və iş planlaması bacarığı; Rus dili  və İngilis dili biliyi üstünlükdür. İş şəraiti 6 günlük iş qrafiki İş saatları: Həftə içi-09:30-17:30 6-cı gün - 10:00-15:00 1200 – 1800 AZN NET əmək haqqı; Peşəkar inkişaf imkanları; Nahar şirkət tərfindən təmin olunur. Ünvan: Bakı,   Nizami rayonu,Babək prospekti 2360 Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .