Yüklənir...
Location: Bakı
WHSmith Baku komandamıza qoşul! Dünyanın tanınmış səyahət pərakəndə satış brendlərindən biri olan WHSmith-in Bakıdakı ilk mağazası Heydər Əliyev adına Beynəlxalq Hava Limanında açılır. Yeni mağazamız üçün məsuliyyətli, enerjili və müştəri xidmətinə önəm verən əməkdaşlar axtarırıq. Vəzifə öhdəlikləri: Mağazanın gündəlik fəaliyyətinin idarə edilməsi Satış planlarının və müəyyən edilmiş KPI göstəricilərinin yerinə yetirilməsinin təmin olunması İşçi heyətinin idarə edilməsi, növbə qrafiklərinin hazırlanması və iş bölgüsünün aparılması Müştəri xidmətinin yüksək səviyyədə təşkil edilməsi Malların qəbulu, yerləşdirilməsi, inventarizasiyası və stok nəzarətinin təmin olunması Kassa əməliyyatlarına və maliyyə intizamına nəzarət Mağazada məhsulların vizual təqdimatının şirkət standartlarına uyğun təşkil edilməsi Satış nəticələri, stok və əməliyyat göstəriciləri üzrə hesabatların hazırlanması Mağazada daxili qaydalara, təhlükəsizlik və sanitariya tələblərinə riayət olunmasına nəzarət Namizədə tələblər: Ali təhsil Pərakəndə satış sahəsində minimum 3 il iş təcrübəsi Mağaza müdiri və ya rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi Komandanı idarəetmə və motivasiya bacarığı Satış, stok idarəetməsi, inventarizasiya və kassa əməliyyatları üzrə biliklər Azərbaycan dilində sərbəst danışıq bacarığı İngilis dili biliyi mütləqdir, rus dili biliyi üstünlükdür MS Office və POS proqramları ilə işləmək bacarığı Analitik düşüncə, məsuliyyətlilik və operativ qərarvermə bacarığı Növbəli iş rejimində işləməyə hazır olmaq Biz nə təklif edirik? Beynəlxalq brenddə iş imkanı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə Stabil əməkhaqqı Növbəli iş qrafiki Peşəkar təlim və inkişaf imkanları Karyera yüksəlişi perspektivi Dinamik və beynəlxalq iş mühiti İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, WH Smith mağazası Əməkhaqqı: Vəzifə və təcrübəyə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək. Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilər və ya elektron poçt ünvanına göndərə bilərlər - [email protected] Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.