Direktor köməkçisi (Personal assistant) - A+CO ASC

Location: Bakı

“ A+CO ” ASC “ Direktor köməkçisi (Personal assistant) ” vəzifəsi üzrə işçi axtarışı elan edir. Vəzifə öhdəlikləri: Zəruri sənədlərin hazırlanmasını həyata keçirmək; Kargüzarlıqda istifadəsində olan möhür və ştampları yalnız təyinatı üzrə istifadə etmək və sənədləri aidiyyəti üzrə rəsmiləşdirmək; Rəhbərliyə imzalanması üçün təqdim edilən sənədlərin hazırlanma keyfiyyətinə, düzgün tərtibinə, razılaşdırılmasına, təsdiqinə nəzarət etmək; Direktorun gündəlik görüşlərini qeyd etmək;  İclas otağının iclas/ görüşlərin keçirilməsi üçün hazır vəziyyətdə olmasına nəzarəti və keçirilən iclas /görüşlərin qeydiyyatını aparmaq; İşgüzar yazışmaları aparmaq; Rəhbərlik tərəfindən verilən hər bir tapşırığı vaxtında və düzgün yerinə yetirmək; Rəhbərliyin əlavə tapşırıqlarını yerinə yetirmək. Tələblər:  Ali təhsil; Direktor köməkçisi vəzifəsində ən azı 6 aylıq iş təcrübəsi; MC Office proqramlarından istifadə bacarığı; Dili bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır; Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı; Təmkinlilik, etibarlılıq, özünəinam. İş şəraiti:  İş yeri: Xırdalan şəhəri; 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;  Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Direktor köməkçisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.