Mühasib - A+CO ASC

Location: Bakı

“ A+CO ” ASC “ Mühasib ” vəzifəsi üzrə işçi axtarışı elan edir.  Vəzifə öhdəlikləri: Sənədləşmə işlərini icra etmək;  Müqavilələri hazırlamaq və onlara düzəlişlər etmək; Aktları, hesab-fakturaları, protokolları və digər mühasibatlıq sənədlərini tərtib etmək; Elektron qaimə-fakturaları hazırlamaq, göndərmək və onların doğruluğunu yoxlamaq; Yerli və beynəlxalq ödəniş əməliyyatlarını düzgün və vaxtında icra etmək; Gömrük bəyannamələri və xarici ödəniş sənədlərinin banklarda vaxtında bağlanmasına nəzarət etmək; Baş mühasib tərəfindən verilən tapşırıqları yerinə yetirmək. Tələblər:  Ali təhsil  (İqtisadiyyat, Maliyyə, Mühasibatlıq); Mühasib vəzifəsi üzrə minimum 1 illik iş təcrübəsi; 1C və MS Office proqramlarından istifadə bacarığı; Dil bilikləri: Azərbaycan və Rus dili (mütləq tələb); Məntiqi və analitik düşünmə qabiliyyəti. İş şəraiti:  İş yeri: Xırdalan şəhəri ; İş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək, 5 günlük;  Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Mühasib ” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.