Yüklənir...
Location: Bakı
İş şəraiti İş qrafiki: 5 gün Əmək haqqı: Namizədin biliklərinə əsasən təyin ediləcəkdir. Namizədlə bağlı tələblər: Ali təhsil (İnşaat mühəndisliyi və digər əlaqəli sahələrdə); Minimum 3 il təcrübə; Dil bilikləri: rus dili mükəmməl. AutoCad, Revit, Archicad, Microsoft Office programlarını bilmək; Layihə-smeta sənədlərini oxuma və təhlil etmə bacarığı; Tikinti norma və qaydaları, müvafiq normativ-hüquqi aktlar haqqında biliklər. Vəzifə öhdəlikləri: Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı (Dəmir beton, metal konstruksiya və b.); Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi; Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək; Layihəyə əsasən iş həcmlərinin çıxarılması; Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması; Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması; Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması; Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq; Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlər etmək; Layihəyə dair aylıq texniki hesabatların hazırlanması; Sahələrdən gələn texniki hesabatların yoxlanması; Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili; Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək; Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi; Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması; Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi; Layihə cizgilərində dəyişikliklərin sənədləşdirilməsi və büdcənin yenilənməsi; Layihə rəhbərliyi və maliyyə şöbəsi ilə birgə büdcə planlamasının aparılması və xərclərin optimallaşdırılması; Layihələrin icrası zamanı faktiki xərclərin uçotu və təhlili; Tenderlərdə iştirak üçün qiymət təkliflərinin hazırlanması və iqtisadi əsaslandırılması. Tələblərə cavab verən namizədlər mailin başlığında “ Smeta üzrə mühəndis ” yazmaqla CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.