Aqronom (Şimal-qərb regionu üzrə) - Agrarco

Location: Bakı

Təsvir Bağların salınması və becərilməsi üçün texnoloji prosesləri müəyyənləşdirmək:  Meliorativ tədbirlərin həyata keçirilməsi üçün planlar hazırlamaq;  Torpağın tərkibini və vəziyyətini nəzərə alaraq müxtəlif torpaq sahələrində məhsul becərmə üsullarını müəyyənləşdirmək;  Gübrələri və becərmə üçün tələb olunan digər materialları müəyyənləşdirmək və təklif etmək;  Becərmə və yığım müddətlərinin vaxtlarının qrafikini tərtib etmək;  Gübrələmə prosesini müəyyən etmək;  Torpağın düzgün istismarı və qorunması üçün üsullar hazırlamaq;  Məhsul istehsalını artırmaq üçün qabaqcıl texnologiyalardan istifadə etmək;  Müvafiq kimyəvi maddələrin və gübrələrin düzgün istifadəsini həyata keçirmək;  Mütəmadi olaraq bağları monitorinq etmək;  Xəstəlik, alaq otları və zərərvericilərə qarşı mübarizə tədbirləri aparmaq; Alaq otlarıyla, zərərvericilərlə, xəstələnmə və zəhərlənmə səviyyəsindən asılı olaraq optimal mübarizə tədbirləri seçmək və tətbiq etmək;  Uçot və hesabat: İstehsal nəticələrini sənədləşdirmək və statistik hesabatları hazırlamaq;  Operativ sənədləri fayllaşdırmaq. Tələblər Ali təhsil; Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi; Torpaq analizi və bitki mühafizəsi (xəstəliklər, zərərvericilər və alaq otları ilə mübarizə üsulları) üzrə nəzəri və praktiki biliklər; Microsoft Office (Word, Excel, Outlook) proqramlarını istifadə bacarığı; Analitik düşüncə, problem həll etmə və operativ qərarvermə bacarığı; Məsuliyyətlilik, hesabatlılıq və dəqiqlik. Vakansiya növü - Tam ştat İmtiyazlar Tibbi sığorta Kariyerada yüksəlmə imkanı Təlim dəstəyi Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.