Satış üzrə Bölgə Müdiri (Qazax / Göyçay) - AGRO - WEST DC LLC

Location: Bakı

İş yeri: Qazax və Göyçay (Hər bölgə üçün ayrıca Bölgə Müdiri tələb olunur) Namizədə olan tələblər: Müvafiq sahədə minimum 5 il iş təcrübəsi; Şəxsi avtomobilin olması; Qida sektorunda Satış Müdiri və ya Bölgə Müdiri vəzifəsində iş təcrübəsi; Dəqiqlik, məsuliyyətlilik, nizam-intizam və komanda ilə işləmək bacarığı; Satış, idarəetmə və liderlik bacarıqları. Vəzifə öhdəlikləri: Satış göstəricilərini təhlil etmək və inkişafına nəzarət etmək; Potensial müştəriləri müəyyən etmək, onlarla əlaqə yaratmaq və yeni müştərilərin cəlb edilməsi üçün təkliflər hazırlayıb rəhbərliyə təqdim etmək; Satış təmsilçilərini və digər komanda üzvlərini idarə etmək; Təşkilati hədəflərə uyğun effektiv satış strategiyalarını tətbiq etmək; Həftəlik və aylıq satış hesabatlarını hazırlamaq; Satış nöqtələrində sifarişlərin alınmasına nəzarət etmək və prosesi idarə etmək; Satış nöqtələrinin gündəlik ziyarət planına uyğun fəaliyyətinə nəzarət etmək. İş şərtləri: Əmək haqqı: Fix əmək haqqı + bonus ( 2500–3500 AZN ); İş qrafiki: 5 günlük tam iş həftəsi; İş saatı: 08:00 – 17:00; İş yeri: Qazax və ya Göyçay; Nahar, yanacaq (benzin) xərcləri, avtomobil amortizasiyası və korporativ nömrə şirkət tərəfindən təmin edilir; Maraqlanan namizədlər mövzu hissəsində "Bölgə Müdiri – Qazax" və ya "Bölgə Müdiri – Göyçay" qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.