Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri Müəssisənin elektrik avadanlıqlarının fasiləsiz, etibarlı və təhlükəsiz istismarını təmin etmək; Elektrik avadanlıqlarına planlı texniki xidmət, profilaktik baxış və təmir işlərini həyata keçirmək; Elektrik sistemlərində yaranan nasazlıqları operativ şəkildə aşkar etmək, diaqnostika aparmaq və aradan qaldırmaq; Elektrik mühərrikləri, transformatorlar, paylayıcı qurğular, kabel xətləri və işıqlandırma sistemlərinin istismarına və texniki xidmətinə nəzarət etmək; Elektrik sxemlərinə və texniki sənədlərə uyğun olaraq montaj, qoşulma və sazlama işlərini yerinə yetirmək; Yeni elektrik avadanlıqlarının quraşdırılması, sınaqdan keçirilməsi və istismara verilməsi prosesində iştirak etmək; Elektrik avadanlıqlarının cari və əsaslı təmir işlərinin icrasında iştirak etmək; Aşkarlanmış nasazlıqlar və görülmüş işlər barədə müvafiq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; Elektrik işlərinin qüvvədə olan texniki norma, standart və təlimatlara uyğun icrasını təmin etmək; Əməyin mühafizəsi, elektrik təhlükəsizliyi, sənaye və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək. Tələblər Elektrik, Energetika və ya digər əlaqəli ixtisas üzrə orta ixtisas və ya peşə təhsili; Elektrik sahəsində minimum 1 il iş təcrübəsi; Elektrik təhlükəsizliyi üzrə müvafiq sertifikatın olması üstünlük hesab olunur; Elektrik sxemlərini oxumaq və elektrik ölçü cihazlarından istifadə etmək bacarığı; Elektrik avadanlıqlarının istismarı və texniki xidməti üzrə biliklər; Məsuliyyətlilik, intizamlılıq və komandada işləmək bacarığı. Məcburi köçkün namizədlərə üstünlük veriləcəkdir. İş yeri və şəraiti İş yeri: Ağdərə, Azərbaycan; İş qrafiki: Növbəli iş qrafiki; Yaşayış yeri və qidalanma: Şirkət tərəfindən təmin edilir. Qeyd olunan tələblərə uyğun olan namizədlərdən CV-lərini mövzu hissəsində "Elektrik" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.