Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri Nasos stansiyaları, nəm tullantı anbarı (TSF) və digər əlaqəli mexaniki avadanlıqların təhlükəsiz, etibarlı və fasiləsiz istismarını təmin etmək; Nasoslar, mühərriklər, boru xətləri, klapanlar və digər mexaniki sistemlər üzrə planlı (qabaqlayıcı) və cari təmir işlərini təşkil etmək və icrasına nəzarət etmək; Nəm tullantı anbarında istifadə olunan nasos və mexaniki avadanlıqların texniki vəziyyətini izləmək və fasiləsiz işləməsini təmin etmək; Avadanlıqlarda yaranan nasazlıqları operativ müəyyən etmək, səbəblərini araşdırmaq və aradan qaldırılması üçün tədbirlər görmək; Ehtiyat hissələrinə olan tələbatı müəyyən etmək, siyahılar hazırlamaq və sifariş prosesində iştirak etmək; Avadanlıqların texniki baxış və profilaktik xidmət cədvəllərinin icrasına nəzarət etmək; Texniki sənədləri, sxemləri və çertyojları oxumaq və tətbiq etmək; Təmir və texniki xidmət işləri üzrə hesabatlar hazırlamaq və avadanlıqların fəaliyyət göstəricilərini izləmək; Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasını təmin etmək; İstehsalat, texniki xidmət və digər aidiyyəti şöbələrlə koordinasiyalı əməkdaşlıq etmək. Tələblər Mexanika Mühəndisliyi, Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi, Meliorasiya və Su Təsərrüfatı Tikintisi Mühəndisliyi və ya digər əlaqəli ixtisas üzrə ali təhsil; Müvafiq sahə üzrə iş təcrübəsi üstünlük hesab olunur; Nasoslar, mühərriklər və mexaniki avadanlıqlara aid texniki sənədləri, sxemləri və çertyojları oxumaq bacarığı; Nasos sistemləri və onların istismarı barədə texniki biliklər; Analitik düşünmə və problem həll etmə bacarığı; Komandada işləmək və operativ qərar qəbul etmək bacarığı; Məsuliyyətlilik, diqqətlilik və yüksək təşkilatçılıq bacarığı. Namizədilərin Bərdə, Ağdam, Tərtər və Ağdərə və yaxın bölgələrdən olması arzuolunandır; Məcburi köçkünlərə üstünlük veriləcəkdir; İş yeri və şəraiti Ağdərə ərazisində çalışan əməkdaşlar üçün yaşayış yerinin təmin edilməsi; Yemək xərclərinin qarşılanması; Tibbi sığorta; Korporativ iş mühiti və karyera inkişaf perspektivləri. Qeyd olunan tələblərə uyğun olan namizədlərdən CV-lərini mövzu hissəsində "Növbə Mühəndisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.